Azərbaycan Beynəlxalq Bankının (ABB) əvvəlki rəhbərliyi bir sıra ciddi nöqsanlara yol verib. Bu barədə maliyyə naziri Samir Şərifov bəyan edib.
“Bununla əlaqədar bankın rəhbərliyində çalışan hər kəs faktiki olaraq işdən kənarlaşdırılıb. Hazırda əvvəlki rəhbərliyin fəaliyyətinə dair materiallar hüquq-mühafizə orqanları tərəfindən də öyrənilir”, - deyə nazir cümə günü parlament komitələri tərəfindən 2016-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı məlumat verib.
Onun sözlərinə görə, ABB-nin sağlamlaşdırılması üzrə tədbirlər davam etdirilir.
Xəbər verildiyi kimi, 2015-ci ilin iyul ayında ABB-nin rəhbərliyində tam dəyişiklik edilib. 2015-ci ilin mart ayında isə bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev istefa verib.
Azərbaycan prezidenti İlham Əliyev 2015-ci il iyulun 15-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Fərman imzalayıb.
Fərmana əsasən, “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı dövlət zəmanəti əsasında istiqrazlar buraxacaq, emissiyadan daxilolmalar ABB-nin bir sıra qiymətdən düşmüş və/və ya yüksək riskli aktivlərinin satın alınması üçün istifadə olunacaq. Aktivlərin satın alınma və/və ya özəlləşdirmənin başlanma müddəti dəqiqləşdirilməsə də, Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankı 15 gün ərzində satın alınacaq problemli aktivlərin həcmini müəyyən etməlidir.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 51,07%-i dövlətə, 48,93%-i fiziki və hüquqi şəxslərə məxsusdur
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət