Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) doktoranturaya qəbul və doktorluq imtahanları üçün test nümunələri hazırlanır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
Oktyabrın 5-də AMEA Rəyasət Heyətində Biologiya və Tibb elmləri Bölməsinin (BTEB) növbəti büro iclası keçirilib.
Öncə BTEB-nin akademik-katibi, akademikƏhliman Əmiraslanovgündəlikdə duran məsələlər barədə məlumat verərək, iclasın AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları üçün hazırlanmış test nümunələrinin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb.
Ə.Əmiraslanov AMEA prezidenti, akademikAkif Əlizadənin “AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsi haqqında” 9 iyun 2015-ci il tarixli Sərəncamının BTEB-yə daxil olan institut və təşkilatlar tərəfindən icrası ilə bağlı məlumat verib. AMEA tarixində ilk dəfə olaraq doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsininplanlaşdırıldığını bildirən alim hazırda bütün ixtisaslar üzrə test nümunələrinin hazırlandığını qeyd edib.
Ə.Əmiraslanov imtahanların şəffaf və obyektiv şəkildə təşkilini təmin etmək məqsədilə ümumi bir test bazası və yeni proqramın hazırlanmasının məqsədəuyğun olduğunu dilə gətirdi. Qeyd etdi ki, AMEA-da doktoranturaya qəbul olmaq istəyən elmi tədqiqatçıların biliyinin düzgün qiymətləndirilməsi baxımından test sisteminin tətbiqi ən doğru seçimdir. O, biologiya və tibb ixtisasları üzrə şifahi imtahanların da təşkilinin zəruri olduğunu vurğulayıb.
Sonra institut direktorları çıxış edərək müxtəlif ixtisaslar üzrə hazırlanmış test tapşırıqlarını təqdim etdilər.Botanika İnstitutu tərəfindən “Botanika”, “Biokimya, “”Biofizika”, “Molekulyarbiologiya” və “Bitkifiziologiyası”, Zoologiya İnstitutu tərəfindən “Zoologiya”, “Entomologiya”, “Parazitologiya”,Fiziologiya İnstitutu tərəfindən “Fiziologiya”, “Biokimya”, Mikrobiologiya İnstitutu tərəfindən “Mikrobiologiya”, “Mikologiya”, “Biotexnologiya” vəDendrologiya İnstitutu tərəfindən “Botanika” ixtisası üzrə hazırlanmış testlər barədə məlumat verdilər.
A.Zeydullayeva
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət