“Bakcell” 2016-cı ilin I rübündə Abşeron yarımadasının bütün ərazisini super yüksək sürətli LTE şəbəkəsi ilə əhatə edəcək. Bu barədə şirkətin məlumatında deyilir.
«Beləliklə, 4G şəbəkəsinin indiki əhatə dairəsi gələn ilin 1-ci rübünə 2.5 dəfə artaraq, Abşeron yarımadasının coğrafi ərazisinin 98.75%-də mövcud olacaq. Şirkət növbəti 6 ay ərzində əlavə olaraq daha 600 4G baza stansiyası quraşdırmaqla Abşeron yarımadasında fəaliyyət göstərən LTE baza stansiyalarının ümumi sayını 1000-ə çatdıracaq”, - deyə məlumatda bildirilir.
Bu istiqamətdə artıq başlanılmış hazırlıq və quraşdırma işləri 2016-cı ilin I rübünün sonunadək yekunlaşdırılacaq. “Bakcell” smartfon istifadəçiləri üçün nəzərdə tutulmuş LTE şəbəkəsinin inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Özünün 400 baza stansiyası ilə “Bakcell” şirkəti hazırda Azərbaycanda ən qabaqcıl və ən böyük 4G operatorudur. Şirkətin 4G şəbəkəsi Bakı əhalisinin 90%-ni əhatə edir.
“4G xidmətinin abunəçiləri də daxil olmaqla, mobil data istifadəçilərimizin sayı sürətlə artmaqdadır. 4G abunəçilərimizin sayı rüb ərzində ikiqat artıb. Biz LTE şəbəkəsinin inkişafına daim sərmayə qoymaqla Azərbaycanda ən böyük 4G operatoru adına layiq olmaq və ölkədə mobil rabitə sahəsinin inkişafını stimullaşdırmaq üçün səylərimizi gələcəkdə də davam etdirəcəyik”, - deyə məlumatda “Bakcell”in baş icraçı direktoru Riçard Şirerə istinadən bildirilir.
2015-ci ildə Azərbaycan ərazisində keçirilmiş şəbəkələrin müstəqil keyfiyyət monitorinqlərinin (bençmarkinq) nəticələrinə görə, “Bakcell” şirkəti özünün 5300-dən artıq baza stansiyası ilə şəbəkənin keyfiyyəti və yüksək texnologiyaların tətbiqi baxımından bazarda üstünlüyünü qoruyub saxlayır.
“İnanırıq ki, 4G şəbəkəsinin genişləndirilməsi istiqamətində apardığımız işlər 3G şəbəkəsinin inkişaf etdirilməsi üzrə apardığımız və şirkətimizin simsiz data xidmətləri sahəsində aparıcı mövqeyə sahib olması ilə nəticələnmiş işlər kimi uğurlu olacaq. Bakcell şirkət qısa müddət ərzində Azərbaycanın bütün bölgələrində 3G xidmətini təmin etməyə müvəffəq olub. Bu gün biz 4G şəbəkəsini genişləndirməklə yanaşı bütün ölkə ərazisində əlavə 3G stansiyalarının quraşdırılması üzrə işləri davam etdiririk. Bizim 3G şəbəkəmizin əhatə dairəsi son iki ildə 50% genişlənərək ölkə əhalisinin 93%-ni əhatə edir”, - deyə “Bakcell” şirkətinin baş texniki direktoru Yigit Berktaş qeyd edib.
“Bakcell” şirkəti 1994-cü ilin mart ayında təsis edilib və respublikada fəaliyyət göstərən 3 GSM operatorundan biridir. 2014-cü ildə şirkət 4G şəbəkəsini tətbiq edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət