1 yanvar 2016-cı il tarixindən Azərbaycan “Yaşıl Kart” (Green Card) sisteminə üzv olan ölkələrin Cənub-Şərq Qrupuna daxil olacaq. Bu barədə İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib.
““Yaşıl Kart” sisteminin Cənub-Şərq Qrupuna 12 ölkə daxildir. Bunlara Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Kipr, Keçmiş Yuqoslaviya Makedoniya Respublikası, Yunanıstan, İran, İsrail, Moldova, Rumıniya, Serbiya və Türkiyə aiddir. İcbari Sığorta Bürosu “Yaşıl Kart” sisteminin maliyyə tələblərini təmin etdikdən sonra 1 yanvar Azərbaycan 2016-cı il tarixindən Cənub-Şərq Qrupuna daxil olacaq”, - deyə məlumatda qeyd edilir.
Məlumatda vurğulanır ki, 8-9 oktyabr tarixlərində Sarayevoda “Yaşıl Kart” sisteminə üzv olan ölkələrin Cənub-Şərq Qrupunun 19-cu Regional İclası keçirilib. İclasda İSB-nin nümayəndələri də iştirak ediblər. Görüşdə İSB-nin icraçı direktoru Elxan Quliyev Azərbaycanın “Yaşıl Kart” sistemində iştirakı və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta bazarındakı cari vəziyyəti ilə bağlı təqdimatla çıxış edib.
“Green Card” Büro Şurası 2015-ci ilin may ayında Azərbaycanı tranzit üzv kimi sistemə qəbul edib və Azərbaycanın sistem çərçivəsində 1 yanvar 2016-cı il tarixindən fəaliyyətə başlayacağını təsdiq edib. Tranzit üzvlük 10 il müddətinə nəzərdə tutulur və bu dövr ərzində büronun fəaliyyəti Büro Şurası tərəfindən diqqətlə yoxlanılacaq. Tranzit dövrü başa çatdıqdan sonra tamhüquqlu üzvlüyə dair qərar qəbul ediləcək
“Green Card” avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları olan ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir.
1949-cu ildə Londonda avtomobil sığortaçılarının beynəlxalq konfransında BMT-nin İqtisadi və Sosial Şurasının tövsiyələri qəbul edilib və rəsmi olaraq mənzil-qərargahı Londonda yerləşən Büro Şurasının əsası qoyulub. 1951-ci ildə Büro Şurasının birinci rəsmi toplantısı baş tutub. Toplantıda sistemə üzv ölkələrin milli büroları arasında sazişin modeli razılaşdırılıb və “Yaşıl Kart”lar üçün vahid standartlar qəbul edilib. “Yaşıl Kart”a dair saziş 1953-cü il yanvarın 1-dən qüvvəyə minib. Sazişə əsasən, üzv ölkələrin hər biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb. Hazırda Azərbaycanda fəaliyyət göstərən 27 sığorta şirkətindən 15-i İSB-nin üzvüdür.
A.Əzizov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət