Avropa İnvestisiya Bankı (EIB) Azərbaycanda kənd təsərrüfatı layihələrinə investisiya yatırmağa hazırdır. Bu barədə Avropa İnvestisiya Bankının (EİB) vitse-prezidenti Laszlo Baranyay kənd təsərrüfatı naziri Heydər Əsədovla Bakıda keçirdiyi görüş zamanı bəyan edib.
“EIB-nin ayırdığı kreditlər uzunmüddətlidir və dövlət zəmanəti tələb etmir”, - deyə Kənd Təsərrüfatı Nazirliyi L.Baranyayın sözlərinə istinadən xəbər verir.
H.Əsədovun sözlərinə görə, bank Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə iki istiqamətdə - nazirlik tərəfindən hazırlanan layihələrə və nazirliyin vasitəsilə özəl sektorun inkişafına dəstək verməklə əməkdaşlıq edə bilər.
Nazir prioritet hesab olunan sahələr arasında hibrid qarğıdalı toxumunun istehsalı və əhaliyə çatdırılması, özəl sektorda emal müəssisələrinin yaradılması, yeni suvarma sistemləri avadanlıqlarının quraşdırılması, böyük heyvandarlıq komplekslərində süd emalı müəssisələrinin yaradılması və digər sahələri qeyd edib.
Azərbaycan hökuməti və EIB arasında çərçivə sazişi 2014-cü il yanvarın 15-dən qüvvəyə minib. 2014-cü ilin noyabr ayında Avropa İnvestisiya Bankı “AccessBank”a Azərbaycanda kiçik və orta sahibkarlığın kreditləşdirilməsi üçün $25 mln. məbləğində kreditin verilməsinə dair ilk sazişi imzalayıb. 2015-ci ilin sentyabrında isə Azərbaycan Beynəlxalq Bankı (ABB) Azərbaycanda kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün Avropa İnvestisiya Bankından 50 mln. avro məbləğində kredit cəlb edib.
A.Axundov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət