Oktyabrın 17-də 84 saylı Füzuli seçki dairəsindən YAP-nın deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-nın idarə heyətinin üzvü Bahar Muradova ilə Füzuli rayonunun Əhmədbəyli kəndində məskunlaşmış seçiciləri ilə görüş keçirilmişdir.
Görüşdə iştirak edən 300-dən artıq seçici Bahar Muradovanı böyük sevinc və rəğbət hissi ilə qarşıladılar.
Tədbiri Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edən YAP Füzuli rayon təşkilatının sədri, deputatlığa namizəd Bahar Muradovanın səlahiyyətli nümayəndəsi Almaz Həşimova, namizədin həyat vəfəaliyyəti barədəgenişməlumat vermişvəvəkilləri toplantıiştirakçılarına təqdim etmişdir.
Çıxış edən Əməkdar jurnalist, yazıçı-publisist, Prezident və Qızıl qələm mükafatçısı Flora Xəlilzadə Bahar Muradovanın yüksək siyasi bacarığına inanaraq Füzuli seçicilərini növbəti 5 ildə də Bahar xanımı seçəcəklərini və Bahar Muradovanın rayonun inkişafında daha da əvəzsiz xidmətlərini əsirgəməyəcəyini şübhəsiz olaraq bildirdi. İqtisad Universitetinin müəlliməsi, iqtisadçı alim, İqtisad elmləri üzrə fəlsəfə doktoru, YAP Səbail rayon Qadınlar şurasının sədri Təranə Kərimova çıxış edərək Heydər Əliyevin ideyalarının getdikcədaha geniştəşəkkül tapdığıAzərbaycan dünya miqyasında öz sözüvəyeri olan bir ölkəyəçevrilmişvəxalqımızın xoşbəxt gələcəyinin təminatına güclüzəmin yarandığını bildirmişdir. Bu mənada ölkərəhbəri cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-nın siyasi kursunun alternativi yoxdur deyən Təranə Kərimova Bahar Muradovanı bu siyasətin önündəgedən ictimai-siyasi xadim kimi dəyərlənmişdir. Tibb Universitetinin elmi - tədqiqat mərkəzinin direktoru, Tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Rusiya Elmlər Akademiyasının üzvü Qalib Qarayev hər kəsi YAP-nın sıralarında daha güclü birləşməyə, sosial-iqtisadi inkişafın daha da güclənməsinə doğru gedən yolda bir olmağa və YAP-nın namizədlərinə səs verməyə çağırdı.
Kənd sakinlərindən Yusif Hüseynov, Bəşir Əliyev, Yunis Quliyev, Mirqail Həmidov, Yaşar Quliyev, şəhid ailəsinin üzvü Xədicə Quliyeva, kənd müəllimləri Binnət Hüseynov və Qəmilə Qənbərova Bahar Muradovanın millət vəkili olduğu illər ərzində rayonda gedən sosial inkişafdan söz açaraq, daima onların problemlərinin həlli istiqamətində onlara göstərdiyi köməkliyə görə təşəkkürlərini bildirdilər və növbəti illərdə də Bahar Muradovanı Millət vəkili kimi görməyi arzu etdilər. Çıxış edən sakinlər hər zaman YAP-na inandıqlarını və daima onları çiçəklənməyə doğru aparan bu yolda cənab prezident İlham Əliyevlə birgə addımlayacaqlarını söyləyərək hər kəsi seçkilərdə fəal olmağa və YAP-nın namizədlərinə səs verməyə dəvət etdilər.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət