“Formula-1” yarışlarının Azərbaycandakı rəsmi promouter təşkilatı olan Bakı Şəhər Halqası (Baku City Circuit-BCC) cümə axşamı Bəhreyn Motoidman Federasiyası ilə Azərbaycanda ilk dəfə “Formula-1” üzrə Avropa Qran-Prisinin təşkili işində bəhreynli mütəxəssislərlə əməkdaşlıq mövzusunda saziş imzalayıb.
Bəhreyn Motoidman Federasiyası və Bəhreyn Marşallar klubunu təmsil edən mütəxəssis qrupu “Formula-1” yarışının Bakı mərhələsinin keçiriləcəyi yolları öyrənmək məqsədi ilə Bakıya gəlib.
Tərəflər arasında bu əməkdaşlığı dəstəkləyən Azərbaycan Avtomobil Federasiyası (AAF) yarış zamanı trek ətrafında cərəyan edəcək idman əməliyyatlarının təşkili işini həyata keçirəcək.
Saziş pilotların həyat təhlükəsizliyi və şəhər halqası boyu ümumi təhlükəsizlik tədbirlərini əhatə edən yanğınsöndürmə, xilasetmə, tibbi yardım, evakuasiya və s. kimi yarış əməliyyatlarının səlis, kəsintisiz aparılması və bilavasitə bu əməliyyatları həyata keçirən xüsusi marşallar qrupunun cəlb olunması və müvafiq təlimlərin aparılmasını özündə əks etdirən çərçivə sənədindən ibarətdir.
Yuxarıda sadalanan əməliyyatlar üzrə bilavasitə məsul olan Bəhreyn nümayəndələri Bakı Şəhər Halqası və AAF nümayəndələri ilə birlikdə Bakıdakı şəhər trasını gəzərək onun hər bir hissəsini yaxından öyrəniblər və marşalların trek üzrə paylanması üçün müvafiq məkanları müəyyən ediblər. Bu marşallar trek boyu hərəkət edən sürücülərə lazımi komanda və ismarıcları çatdırmaq üçün istifadə olunan xüsusi bayraqlarla təmin olunacaqlar.
2004-cü ildən Orta Şərq üzrə bütün “Formula-1” yarışlarının təşkilatçılığında yer alan Bəhreyn Beynəlxalq Halqasının təcrübəli marşallar komandası da 2016-cı ildə Bakıda keçiriləcək Avropa Qran Prisinin idman əməliyyatlarına cəlb olunacaq
“Bakı Avropa Qran Prisi bir çox xüsusiyyətlərinə görə bu günədək Azərbaycanda təşkil olunmuş beynəlxalq tədbirlərdən seçiləcək. Belə ki, Bakıda keçiriləcək Avropa Qran Prisi “Formula-1”in ən sürətli şəhər treki olaraq 500 milyondan yuxarı TV tamaşaçısının izlədiyi möhtəşəm bir hadisə olacaq”, – deyə Bakı Şəhər Halqasının baş icraçı direktoru Arif Rəhimov qeyd edib.
“Bəhreynli ekspertlərlə apardığımız birgə iş növbəti aylar ərzində Bakı Şəhər Halqası trası üzrə hazırlıq və planlama işlərində öz faydasını verəcək. Bəhreyn Motoidman Federasiyası yarış təşkilatçılığı və idman əməliyyatlarının effektiv təşkili üzrə dünya standartına imza atıb və bizim komandamız bu standarta tam cavab vermək niyyətindədir”,- deyə o əlavə edib.
Uzunluğu 6 km-dən bir qədər artıq olan Bakı Şəhər Halqası trasın uzunluğuna görə dünyada ikincidir.
R.Babayev
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət