Ermənistan prezidenti Serj Sarqsyan ümid edir ki, Avropa İttifaqı (Aİ) ilə əldə edilmiş razılaşmalar respublika ilə Aİ arasındakı münasibətləri yeni səviyyəyə çıxaracaq.
“Şərq tərəfdaşlığı” proqramının Riqa sammiti Ermənistan və Avropa İttifaqı arasında gələcək əməkdaşlıq çərçivəsi haqqında əldə edilmiş ilkin razılaşmanı alqışlayıb. Bu gün mən sevinclə qeyd edirəm ki, biz Aİ ilə növbəti məsuliyyətli mərhələyə qədəm qoymuşuq. Ötən həftə Lüksemburqda Avropa İttifaqı Şurası Ermənistanla münasibətlərin yeni hüquqi əsaslarının formalaşdırılması barədə danışıqların başlanmasına mandat verib”,- deyə S.Sarqsyan dünən axşam Madriddə Avropa Xalq Partiyasının (AXP) qurultayında bildirib.
“Ermənistan prezidentinin mətbuat xidməti dövlət başçısına istinadən yazır ki, “danışıqlar nəticəsində hazırlanmış sənəd qarşılıqlı maraq doğuran hərtərəfli əməkdaşlığı və Ermənistan-Aİ münasibətlərinin yüksək səviyyəyə qaldırılmasını nəzərdə tutur”.
Onun sözlərinə görə, əgər bizim müttəfiqlərimiz, o cümlədən AXP olmasaydı, Ermənistanın danışıqlar prosesində yolu bu qədər rahat olmazdı. “Ümid edirəm ki, AXP danışıqlar zamanı da bizim yanımızda olacaq, bu prosesin mümkün qədər tez başa çatmasına və artıq yeni hüquqi əsaslarla Ermənistanın Avropa gündəliyini davam etdirməyə töhfə verəcək”,- deyə S.Sarqsyan bildirib.
O deyib ki, Ermənistan demokratik institutları hakimiyyətin qolları arasında balansı, insan hüquqlarının müdafiəsini və məhkəmə sisteminin müstəqilliyini inkişaf etdirməkdə davam edir.
“Biz ölkədə konstitusiya islahatları apararaq bu istiqamətdə böyük addımlar atmışıq və bunu Venesiya Komissiyası ilə sıx əməkdaşlıq şəraitində həyata keçiririk. Əgər xalqımız dekabrın 6-na təyin edilmiş referendumda bu konistitusiya dəyişikliklərinə səs versə, o zaman Ermənistan yarı-prezident idarə üsulundan parlament modelinə keçəcək ki, bu da hakimiyyətin müxtəlif qollarının qarşılıqlı münasibətlərini daha səmərəli edəcək, iqtisadiyyatın daha intensiv inkişafına əsas yaradacaq, insan hüquqlarının müdafiə olunma səviyyəsini yüksəldəcək, müxalifətin institusional rolunu gücləndirəcək”,- deyə ölkə başçısı qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət