Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Gənclər Fondu və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin 120 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası komandirinin şəxsi heyət üzrə müavini vəzifəsini icra edən, polkovnik-leytenant Allahyar Allahyarov Cəmşid Naxçıvanskinin Kəngərlilər nəslinin göprkəmli nümayəndəsi olduğunu söyləyib, onun Azərbaycanın hərb sənətindəki rolundan danışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxış edərək Kəngərlilər nəslinin Azərbaycan hərb tarixindəki rolundan danışıb, Kəngərli generalları haqqında məlumat verib. Bildirib ki, Cəmşid xan Naxçıvanski Azərbaycanın hərb tarixində özünəməxsus yeri olan, repressiyalara məruz qalan, iki dəfə haqqında ölüm hökmü çıxarılan, amma bütün bunların qarşısında sınmayan bir şəxsiyyət idi.
Məmməd Babayev “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 aprel tarixli və “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 9 aprel 2015-ci il tarixli sərəncamlarının əhəmiyyətindən danışıb. İmzalanan sərəncamların bu görkəmli şəxsiyyətin, hərb xadiminin həyat və fəaliyyətinin işıqlandırılmasına, onun xatirəsinin yad edilməsinə doğru yönəldilmiş növbəti addım olduğu qeyd edilib.
Sonra “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının zabiti, mayor Fuad Heydərov çıxış edərək deyib ki, general Cəmşid Naxçıvanskinin adı hərb tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Onun keçdiyi ömür yolu bugünkü və gələcək nəsillərə nümunədir.
Sonra tədbir iştirakçıları Naxçıvan televiziyasının hazırladığı “Sərkərdə” sənədli filminə baxıblar.
Q.Hüseynova
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət