SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2017-ci ilin sonu-2018-ci ilin əvvəlində Sumqayıtda karbamid zavodunu istifadəyə verməyi planlaşdırır. Bu barədə cümə günü jurnalistlərə şirkətin prezidenti Rövnəq Abdullayev bildirib.
Tikinti işlərini 2016-cı ildə başa çatdırmaq planlaşdırılsa da, sonra bu müddət 2017-ci ilə keçirilib.
“Zavodun tikintisi plan üzrə gedir. Düşünürük ki, müəssisə 2017-ci ilin sonu-2018-ci ilin əvvəlində istifadəyə veriləcək”, - deyə R.Abdullayev “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında deyib.
O əlavə edib ki, bu layihənin icrası üçün Koreyanın ixrac-idxal bankı qısamüddətli kredit ayırıb.
“Hazırda bankla əsas uzunmüddətli kreditin cəlb olunmasına dair danışıqlar aparılır. Müvafiq müqavilə hazırlanır. İlin sonuna kimi danışıqlar başa çatacaq”, - deyə o qeyd edib.
Daha əvvəl şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımova istinadən məlumat verilmişdi ki, Sumqayıtda karbamid zavodunun tikintisi layihəsinin maliyyələşdirilməsi üçün “Samsung Engineering” şirkəti Koreyanın ixrac-idxal banklarından 6 ay müddətinə 150 mln. avro həcmində kredit cəlb edib.
Cari ilin sonuna kimi SOCAR bu müqaviləni uzunmüddətli kredit sazişi ilə əvəz edəcək. Zəmanətçi qismində Maliyyə Nazirliyi çıxış edəcək.
Layihənin ƏDV nəzərə alınmadan dəyəri 500 mln. avro təşkil edir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət