XİN-nin Mətbuat xidmətinin rəhbəri H.Hacıyevin Nils Muiznieksin Politico dərgəsində çıxan məqaləsinə cavab məqaləsi haqqında acıqlaması:
Nils Muizneiksin 28 oktyabr 2015-ci il tarixli məqaləsi Azərbaycandakı mövcud real durumu əks etdirmir və Azərbaycanda seçki öncəsi vəziyyət haqqında düzgün məlumat təqdim etmir. Məqaləsində Muizneiks 1 noyabrda keçiriləcək seçkilərin rəsmi nəticələri bəyan olunmadan onun yekunları haqqında əvvəlcədən fikir söyləməyə cəhd göstərilir. O, həmçinin 5 milyondan artıq sayı olan Azərbaycan elektoratı və 1200 nəfər namizədin adından danışmağa çalışır.
Azərbaycan Respublikası hökuməti tərəfindən seçkilərin azad, açıq və şəffaf şəkildə keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Qarşıdan gələn parlament seçkiləri Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər qurumları təmsil edən 500-dən artıq beynəlxalq müşahidəçi tərəfindən izlənəcəkdir. Eyni zamanda bu seçkilərdə 60.000-dən artıq yerli müşahidəçi iştirak edəcəkdir.
Hər hansı əsaslandırılmış faktlara istinad edilmədən Nilz Muiznieksin “1991-ci ildə müstəqilliyini əldə edəndən etibarən Azərbaycanda keçirilmiş seçkilər qanuna uyğunsuzluqlarla müşayiət olunmuşdur” deyə siyasi bəyanatı bu seçkilərdə iştirak etmiş namizədlərə və müşahidəçilərə qarşı hörmətsizlik kimi qəbul olunur.
Bu xüsusda, ATƏT-in Demokratik təsisatlar və İnsan hüquqları bürosunun seçki müşahidə missiyasına gəldikdə isə, müəllif onu qeyd etməkdən yayınır ki, ATƏT/DTİHB seçki məntəqələri və müşahidəçilərin sayı barəsində qeyri-mütənasibliyə aydın izahat gətirməyərək, Azərbaycandakı seçkilərə müşahidə missiyasının göndərilməməsi barəsində özbaşına qərar qəbul edib. ATƏT/DTİHB siyasi mülahizələrlə çıxış etməməli, seçkilərdə üzv dövlətlərə texniki dəstək göstərməlidir. Buna görə də onun maliyyələşdirilməsi təmin edilir. ATƏT/DTİHB-ün bu cür münasibəti onun mandatının kobud şəkildə pozulmasıdır. ATƏT-in Daimi şurasının iclasında müzakirə olunduğu kimi, ATƏT/DTİHB-in mandatının üzv dövlətlər tərəfindən yenidən nəzərdən keçirilməsinə ehtiyac vardır.
Müəllif eyni zamanda müvafiq istintaq və məhkəmə qərarı ilə bəzi şəxslərin həbs edilməsini seçki prosesi ilə bağlamağa çalışır. Bunlar tamamilə əlaqəsi olmayan məsələlərdir. Çox maraqlıdır ki, fərdi cinayət işlərindən danışan Muiznieks bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının kütləvi şəkildə pozulmasından danışmaqdan yan keçir. Bu insanlar Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qanlı etnik təmizləməyə məruz qalıblar.
Siyasi məzmunda Avropa İnsan Hüquqları Məhkəməsinin 2005 və 2010-cu illərə aid qərarlarını təfsir edən Muiznieks bu məhkəmənin “Çıraqov və digərləri Ermənistana qarşı” 16 iyun 2015-ci il tarixli qərarının üzərindən sükutla ötür. Avropa İnsan Hüquqları Məhkəməsinin bu qərarı Ermənistanın Azərbaycan ərazilərini qanunsuz işğalına dair məsuliyyətini inkar etməsinə son qoyur. Eləcə də bu qərarda Ermənistanın azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmaları və öz mülkiyyətlərindən istifadə etmək hüquqlarını ifadə etmələrinin qarşısını aldığı qeyd olunur.
Onun “Azərbaycanın beynəlxalq təcridi” barəsində olan iddiası isə hər hansı tənqidə dözmür. Azərbaycan beynəlxalq ictimaiyyətin fəal və məsuliyyəti üzvü olmaqda davam edəcəkdir. Etibarlı və aydın xəttə malik ölkə kimi Azərbaycanın tərəfdaşlarının şəbəkəsi yalnız artmaqdadır.
Seçkilər hər bir ölkədə demokratik prosesin vacib komponentidir. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan xalqının azad iradəsi, onların fəal iştirakı və səsləri seçkilərin nəticələrini müəyyən edəcəkdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət