SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Rusiyanın “Qazprom” ASC-dən sərfəli şərtlərlə qaz almağa hazırdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Rusiyanın “Qazprom” şirkətindən qaz idxalı ideyasından imtina etmirik. Danışıqlar davam edir. Lakin bu bizə sərf etməsə, bu addımı atmaya da bilərik (qazın alışı - İF-Az). Bizim öz qazımız var, əlavə həcmlər isə yaxşı qiymətə təklif olunarsa, lazım ola bilər”, - deyə şirkətin nümayəndəsi qeyd edib.
Onun sözlərinə görə, hazırda “Qazprom”da qazın qiymətlərinin hesablandığı formul neftin qiyməti ilə bağlıdır. “Əgər Rusiya şirkəti qazı spot qiymətə satsaydı, o zaman vəziyyət bizim üçün daha cəlbedici olardı”, - deyə o əlavə edib.
Daha əvvəl SOCAR-ın prezidenti Rövnəq Abdullayev bəyan etmişdi ki, SOCAR və “Qazprom” 2015-ci ilin oktyabr ayından etibarən Rusiya qazının Azərbaycana tədarükü üzrə müvəqqəti svop əməliyyatlarının həyata keçirilməsini planlaşdırır. “Qazprom” Azərbaycana yeraltı qaz anbarlarına vurulacaq qaz tədarük edəcək. Nəticədə gələcəkdə SOCAR həmin qazdan Rusiyanın cənubunun təchizatı üçün istifadə edəcək.
İlkin mərhələdə Rusiyadan Azərbaycana sutkada 10 mln. kubmetr qaz nəql olunacaq. İlkin olaraq bu cür əməliyyatlar çərçivəsində Azərbaycana illik 2 mlrd. kubmetr qazın tədarükü planlaşdırılır.
“Maksimal həcmdə qaz vurmaqla biz qaz anbarlarımızın gücünü yoxlamaq istəyirik. Onların gücü ilkin olaraq 3,5 mlrd. kubmetrə, sonra isə 6 mlrd. kubmetrə qədər artırılsa da, son artımdan sonra yoxlanılmamışdı, beləliklə, biz onları sınaqdan keçirmək istəyirik”, - deyə o bildirib. Yeraltı qaz anbarlarına qazın vurulmasının stabil yüksək səviyyədə təmin edilməsi həm də SOCAR-a “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan səmt qazının seçmə həcmlərinin azaldılmasına və AÇG blokundan neft hasilatının artırılması üçün onun laylara maksimum həcmdə vurulmasına imkan yaradacaq.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət