Eldar Cəfərov “Bank Technique” ASC-nin İdarə Heyətinin sədri təyin olunub. Bu barədə bankdan məlumat verilib.
“Bankın Müşahidə Şurasının 4 oktyabr 2015-ci il tarixli qərarına əsasən E.Cəfərov “Bank Technique” ASC-nin İdarə Heyətinin sədri təyin olunub”, - deyə məlumatda deyilir.
E.Cəfərov 1995-ci ildən etibarən Azərbaycanın bank-maliyyə sektorunda çalışır. Bankın İdarə Heyətinin sədri təyin olunana qədər E.Cəfərov “Mol Bulak” bank olmayan kredit təşkilatına rəhbərlik edib.
Son bir neçə ayda “Bank Technique”in fəaliyyətində problemlər yaranmışdı. Bununla əlaqədar olaraq bankın bir sıra filiallarının fəaliyyəti dayandırılmış, bankın ipoteka portfelinin idarə edilməsi digər banklara verilmişdi. Həmçinin əhalinin əmanətlərinin ödənilməsi ilə bağlı və digər problemlər də yaranmışdı.
Lakin oktyabr ayında bank menecmentin tam dəyişdirilməsi prosesinə başlayıb. Bu proses çərçivəsində bankın Müşahidə Şurasının yeni sədri təyin edilib, hazırda İdarə Heyətinin tərkibi formalaşdırılır. Bundan başqa, “Bank Technique” normal iş rejimini bərpa edib.
“Bank Technique” ASC 1994-cü ildə yaradılıb və respublikanın aparıcı banklarının onluğuna daxildir.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət