Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) pambıq tədarükü, emalı və satışı ilə məşğul olan “Ağdaş Pambıq” SC-nin səhmlərinin 30%-dən çoxunun satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə “İnterfaks-Azərbaycan”agentliyinə ƏMDK-dan məlumat verilib
Komitənin elanına əsasən, müəssisənin 322,711 min ədəd səhminin satışı üzrə müsabiqədə yerli və xarici sərmayədarlar iştirak edə bilərlər
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 120 min manat köçürməlidir
Müsabiqənin qalibi ilə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu andan etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi bəyan edilmiş sərmayənin həcminin 5%-ni 30 gün ərzində SC-nin hesabına, səhmlərə görə müsabiqə təklifində nəzərdə tutulmuş vəsaiti isə 60 gün ərzində dövlət büdcəsinə köçürməlidir.
Müsabiqə üzrə təkliflər 2015-i il dekabrın 7-nə qədər qəbul ediləcək. Təkliflərin qiymətləndirilməsi 2015-ci il dekabrın 8-də olacaq.
“Ağdaş-Pambıq” SC Ağdaş rayonunun Ləki qəsəbəsində yerləşir. Müəssisə 1959-1992-ci illərdə istisamar edilib. Hazırda müəssisədə 10 nəfər işləyir.
2015-ci il oktyabrın 1-nı SC-nin nizamnamə kapitalı 2 mln. 149 min. 280 manat təşkil edir, o bir qiymətli kağızın nominal dəyəri 2 manat olan 1 mln. 74,640 min səhmə bölünüb.
2015-ci il oktyabrın 1-nə SC-nin öhdəlikləri 354,935 min manata, debitor borcları 226,364 min manata bərabərdir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət