Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2015-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiyanı 5% səviyyəsində proqnozlaşdırır. Bu barədə banlın saytında dərc olunan “Transition Report 2015-2016 Rebalancing finance” hesabatında qeyd edilir.
2014-cü ildə Azərbaycanda orta illik inflyasiya 1,4% təşkil edib.
AYİB-in rəyinə əsasən, 2015-ci ildə iqtisadi artım 2014-cü ilin göstəricisi 2,8%-ə qarşı 3%-dək artacaq. “İqtisadiyyatın şaxələndirilməsi aşağı səviyyədə qalır. Neft-qaz sektoru iqtisadiyyatın, büdcə və ixrac gəlirlərinin mühüm hissəsidir. İqtisadiyyatın şaxələndirilməsi özəl sektorun inkişafına yönələn struktur islahatlar hesabına mümkündür”, - deyə hesabatda qeyd edilir.
Hesabatda vurğulanır ki, iqtisadiyyatın şaxələndirilməsi hökumət üçün əsas prioritet olaraq qalır. “Qeyri-neft sektorunun inkişafı stabil makroiqtisadi mühit, həmçinin rəqabətin stimullaşdırılması və işgüzar mühitin yaxşılaşdırılması məqsədilə səylərin razılşadırılmasından asılı olacaq”, - deyə AYİB-də hesab edirlər.
2015-ci ilin yekunları üzrə bank Azərbaycanın tədiyyə balansını 2014-cü ildə 14,1%-ə qarşı ÜDM-in 3%-i səviyyəsində proqnozlaşdırır.
AYİB cari ilin yekunları üzrə Azərbaycanda dövlət büdcəsinin kəsirini 2014-cü ildə ÜDM-in 0,4%-ə qarşı ÜDM-in 7,9%-i səviyyəsində olacağını gözləyir.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti 2015-ci ilin yekunları üzrə ÜDM-in artımını 3,3% səviyyəsində, orta illik inflyasiyanı 4,4% səviyyəsində, tədiyyə balansının profisitini ÜDM-in 2,2% səviyyəsində proqnozlaşdırır.
A.Əzizov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət