“Azərkosmos” ASC Azərbaycanın işğal edilmiş ərazilərində yanğınların peyk monitorinqinin nəticələrini təqdim edib. Bu barədə ASC-nin məlumatında bildirilir.
“Azərkosmos” ASC Azərbaycanda təbii sərvətlərin idarə edilməsində “Azersky” peykindən əldə olunan təsvirlərin istifadəsinə həsr olunmuş seminar keçirib
“ Seminar iştirakçılarına 2015-ci ilin may-iyun aylarında Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında olan ərazilərdə törədilmiş yanğınların monitorinqi, Hirkan milli parkının kosmik monitorinqi, Hacıqabul gölünün akvatoriyasinin kosmik monitorinqi, dövlət sərhədlərinin monitorinqi və s. layihələr barədə məlumat verilib.
Bununla yanaşı, seminarda “Torpaq Sahələrinin İdentifikasiya Sistemi” (TSİS) layihəsi çərçivəsində peyk təsvirlərindən istifadə barədə də məlumat verilib. Ölkə başçısı cənab İlham Əliyevin verdiyi aidiyyəti tapşırıqlara müvafiq olaraq yaradılmış TSİS Azərbaycan e-Kənd təsərrüfatı sisteminin tərkib hissəsi olub, kənd təsərrüfatına birbaşa dövlət dəstəyinin idarə olunması və bu dəstəyə nəzarətin həyata keçirilməsi üçün əsas istinad sistemi hesab olunur. Sistemin yaradılmasında 20 177 km2 ərazinin peyk təsvirlərindən istifadə edilməsi qərara alınıb. Bu məqsədlə Azərkosmos ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin Dövlət Aerogeodeziya Müəssisəsi arasında müqavilə imzalanıb və qeyd olunan ərazilərin peyk təsvirləri “Azərkosmos” tərəfindən təmin olunur.
Xəbər verildiyi kimi, 2014-cü ilin dekabr ayında “Azərkosmos” və Fransanın “Airbus Defence and Space” şirkətləri arasında “Azersky” peykinin “Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Peyk 2014-cü ilin iyun ayında orbitə buraxılıb və 12 il orbitdə qalacaq.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb.ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət