SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Çilov” yatağı üçün yeni 140 saylı stasionar dəniz özülü inşa edəcək. Bu barədə şirkətdən məlumat verilib.
“Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunacaq özülün baş podratçısı SOCAR-ın “Neftqaztikinti” Trestidir.
10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 5-6 metr dərinliyində yerləşdiriləcək. Özül 40 nəfərlik yaşayış bloku, ən müasir qazma avadanlığı və kran, yanğından mühafizə sistemi, fontana qarşı avadanlıqlar, xilasedici qayıqlar, 80 kubmetrlik içməli su və 50 kubmetrlik yanacaq çənləri, eləcə də digər zəruri avadanlıqlarla təchiz ediləcək.
Elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə özüldə 5 ədəd dizel elektrik generatoru quraşdırılacaq.
Özüldən qazılacaq quyuların hər birindən sutkada 5 ton neft hasil ediləcəyi nəzərdə tutulur.
“Çilov” yatağı Xəzər dənizindəki Çilov adasında yerləşir. SOCAR tərəfindən yatağın sənaye üsulu ilə işlənməsi 1952-ci ildən həyata keçirilir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət