“PAŞA Həyat Sığorta” şirkəti cari ilin noyabr ayı üzrə verilən sığorta ödənişlərinin həcmini açıqlayıb.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, bu ilin noyabr ayında müxtəlif sığorta hadisələri üzrə ümumilkdə 78 276 manat həcmində sığorta ödənişi həyata keçirilib.
Baş vermiş sığorta hadisələri nəticəsində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası növü üzrə 18526 manat, könüllü həyat sığortası, o cümlədən “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə isə 59750 manat həcmində sığorta ödənişi verilib.
Qeyd edək ki, icbari sığorta növü üzrə ödənilən vəsaitlərin hamısı istehsalatda baş vermiş xəsarət hallarına görə, kredit götürən şəxslərin həyat sığortası növü üzrə həyata keçirilən ödənişlər isə ölüm hadisələrinə görə verilib.
“PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.
Press-relizlə bağlı əlavə məlumat almaq üçün şirkətin
İctimaiyyətlə Əlaqələr Xidməti ilə əlaqə saxlaya bilərsiniz
Çağrı Mərkəzi (012) 942
Nərimanov r-nu
Mayakovski küçəsi, 15
Bakı AZ1154, Azərbaycan
Tel: (+99412) 567 32 36
Faks: (+99412) 56732 39
Mob: (+99450) 282 13 32
E-mail: office@pasha-life.az
www.pasha-life.az
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət