Norveçin “Statoil” şirkəti 2015-ci ilin sonuna kimi Trans-Adriatik boru kəməri (TAP) layihəsindəki 20%-lik payının 208 mln. avroya İtaliyanın “Snam” şirkətinə satılması haqqında müqavilə imzalamağı planlaşdırır. Bu barədə “Statoil”un rəsmi saytında məlumat verilir.
““Statoil” şirkəti “Şahdəniz” yatağının işlənməsi layihəsindəki payını satdıqdan sonra “Trans-Adriatik” boru kəməri (TAP) layihəsindəki 20%-lik payını 208 mln. avroya İtaliyanın “Snam” şirkətinə satmağa razılaşıb. Müqavilənin 2015-ci ilin sonuna kimi imzalanması nəzərdə tutulub”, - deyə məlumatda qeyd edilir.
Məlumatda şirkətin marketinq, nəql və emal üzrə icraçı vitse-prezidenti Yens Oklanda istinadən qeyd edilir ki, TAP-dakı payın satışı “Statoil”a özünün maliyyə çevikliyini artırmağa imkan verəcək və şirkətin portfeli və prioritetlərinin optimallaşdırılması üzrə strategiyasına uyğundur.
“Snam S.p.A.” “Statoil Holding Netherlands B.V.”dan “Trans Adriatic Pipeline AG” (TAP) layihəsindəki 20%-lik payı 130 mln. avroya alır və satıcıdan TAP-ın 78 mln. avro dəyərində borcu üzrə zəmanəti üzərinə götürür.
Sövdələşmə TAP-ın Direktorlar Şurası tərəfindən təsdiq olunmalı, həmçinin TAP-ın digər səhmdarlarının bu payın alışı üzrə müstəsna hüquqları reallaşmalıdır.
Konsorsiumun icraçı direktoru Yan Bredşou sövdələşməni şərh edərkən “Snam” şirkətinin TAP layihəsinə qoşulmasından məmnunluq ifadə edib. “TAP konsorsiumu strateji tərəfdaşlar üçün hər zaman açıqdır. “Snam”ın layihədə iştirakı TAP-ın Avropa qitəsinin enerji bazarlarını yeni qaz mənbəyi ilə təmin edəcək Avropa layihəsi kimi strateji mövqeyini möhkəmləndirəcək”, - deyə o qeyd edib.
“Statoil” 2008-ci ildən TAP layihəsinin iştirakçısı olub. TAP-ın digər səhmdarları ARDNŞ (20%), BP (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.
Xəbər verildyi kimi, TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Azərbaycan qazının bu kəmərlə nəqlinə 2020-ci ilin əvvəlində başlanması nəzərdə tutulur.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət