Ukrayna Prezident Administrasiyasının rəhbəri Boris Lojkinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Ukrayna prezidenti Pyotr Poroşenkonun 2016-cı ilin birinci yarısında Azərbaycana planlaşdırılan səfərinə hazırlıq məsələləri müzakirə olunub.
Ukrayna prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Ukrayna nümayəndə heyəti Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovla görüşlər keçirib.
“Xüsusilə Azərbaycan və Ukraynaarasındaiqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının Bakıda keçirilməsinə hazırlıq məsələləri müzakirə mövzusu olub. Bu, Ukrayna prezidentinin 2016-cı ilin birinci yarısında Azərbaycana nəzərdə tutulan rəsmi səfərinə əsas hazırlıq tədbiri olacaq”, - deyə məlumatda bildirilir.
Görüş zamanı tərəflər ali və yüksək səviyyələrdə siyasi dialoqun aktivləşdirilməsinə hazır olduqlarını bildiriblər.
Ukrayna Prezident Administrasiyasının rəhbəri Boris Lojkin, baş nazirin müavini Gennadi Zubko, Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nasirov, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfatı nazirinin müavini Roman Çuprinenkonun daxil olduğu nümayəndə heyəti Bakıya səfər zamanı ümummilli lider Heydər Əliyev və xanımı Zərifə Əliyevanın məzarları önünə əklil qoyub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət