“Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi xarici qüvvələrin din pərdəsi altında ölkədə ictimai-siyasi asayişin, Azərbaycanın Konstitusiya quruluşunun pozulması cəhdlərinin qarşısını almağa və ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Bu fikirləri Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov söyləyib.
“Bu qanun layihəsinin qəbul edilməsinin vaxtı çoxdan çatmışdı. Uzun müddət parlamentə dini ekstremizmə qarşı mübarizə haqqında qanunun qəbul edilməsinin zəruri olması barədə təkliflər daxil olurdu”, - deyə S.Novruzov Milli Məclisin beşinci plenar iclasında “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu məsələ uzun müddətdir geniş ictimaiyyət tərəfindən müzakirə olunur.
“Azərbaycanda dinin inkişaf modeli digər dövlətlərdə qəbul edilən modellərdən fərqlənir. Hesab edirəm ki, Azərbaycanın din sahəsində qəbul etdiyi model ən doğru modeldir. Azərbaycanda dinə xüsusi diqqət yetirilir, ölkədə məscidlər və digər dini ibadət yerləri yenidən qurulur, bərpa edilir”,- deyə deputat qeyd edib.
Komitə sədri qeyd edib ki, Azərbaycanda dinlə dövlətin bir-birindən ayrı fəaliyyət göstərməsinə baxmayaraq, dövlət hər zaman dinin yanındadır.
“Biz tez-tez müşahidə edirik ki, müxtəlif xarici dairələr Azərbaycanda və digər ölkələrdə din pərdəsi altında öz ideologiyalarını təbliğ etməyə çalışırlar. Əvvəllər bu cəhdlər müxtəlif dövlətlərdə insan hüquqları və demokratiyanın inkişafı uğrunda ideya və ideologiyaların tətbiqi tendensiyası kimi qəbul edilirdi, bu gün də müxtəlif ideologiyaların təbliği üçün din pərdəsindən istifadə edilir”, - deyə S.Novruzov qeyd edib.
Onun sözlərinə görə, “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi belə halların qarşısının alınmasına yönəlib.
“Bir çoxları deyirlər ki, “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsinin qəbul edilməsi Nardaran hadisələri ilə əlaqədardır. Lakin bu, belə deyil. Biz bu qanunu çoxdan qəbul etməliydik, çünki o, təhlükəsizliyin təmin edilməsinə xidmət edir. Azərbaycanın bir çox vətəndaşları digər dövlətlərdə qanunsuz silahlı qrupların tərkibində döyüşürlər, geri dönərkən burada dövlət quruluşunu dəyişməyə çalışırlar. Biz bu məsələni 3 il əvvəl “ərəb baharı” hadisələri zamanı müzakirə etmişik”,- deyə S.Novruzov qeyd edib.
Parlament komitəsinin sədri deyib ki, son hadisələr göstərdi ki , Azərbaycan vətəndaşları ayıq-sayıq olmalıdırlar.
“Heç kimə Azərbaycanda qanundan kənar, şəriət qanunları ilə rəhbərlik etməyə icazə verilməməlidir. Əgər müxtəlif regionlarda müəyyən dairələr belə mənfi fəaliyyəti gizli şəkildə aparırdılarsa, bu gün onlar açıq fəaliyyətə başlayıblar”,- deyə S.Novruzov qeyd edib.
O, həmçinin deyib ki, KİV nümayəndələri hüquq-mühafizə orqanlarının dini radikallara qarşı mübarizə tədbirlərini işıqlandırarkən peşə etikasına riayət etməlidirlər.
“Dini ekstremistlərə qarşı xüsusi əməliyyatların keçirildiyi zonalardan dəqiqləşdirilməmiş məlumat yayan jurnalistlər məsuliyyətə cəlb ediləcəklər”, - deyə S.Novruzov bildirib.
“Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi 3 hissə və 15 maddədən ibarətdir. Qanun layihəsi terrorçuluğun bu növü ilə mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyən edir, dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının və vətəndaşların hüquq və vəzifələrini təsbit edir
Qanun layihəsi ictimai və dövlət təhlükəsizliyinin təmin edilməsinə; dini ekstremist fəaliyyətin aşkar edilməsi, qarşısının alınması, habelə dini ekstremist fəaliyyət nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsinə; dini ekstremizmin maliyyələşdirilməsi hallarının aşkar və ləğv edilməsinə yönəlib.
Qanun layihəsində dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatlarla bağlı maddələr də yer alır. Milli Məclisin digər deputatları da bu qanunvecilik aktı ilə bağlı çıxış ediblər.
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət