Azərbaycan prezidenti İlham Əliyev Vergi Məcəlləsinə düzəlişləri təsdiq edib. Yeni qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Düzəlişlərin mətni dekabrın 8-də rəsmi mətbuatda dərc edilib.
Düzəlişlərə əsasən, Azərbaycanda ticarət və ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlar ticarət dövriyyəsinin həcmindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyiciləri ola biləcəklər.
Ticarət fəaliyyəti ilə məşğul olan şəxslər əldə edilən ümumi hasilatın həcmindən 6%, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər isə 8% dərəcə ilə sadələşdirilmiş vergini ödəməlidirlər.
Bununla yanaşı, ticarət və ictimai iaşə sahələrində nağd pul hesablaşmaları zamanı qanun pozuntularına yol verilməsi hallarına görə sahibkarlara tətbiq edilən cərimələr artırılıb.
Düzəlişlərə əsasən, ticarət və ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlar təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 2000 manat cərimə olunacaq (hazırda bu cərimə 400 manat təşkil edir). Bu qanun pozuntusuna təqvim ili ərzində ikinci dəfə yol verildikdə cərimənin məbləği 4 min manat təşkil edəcək (hazırda 800 manat təşkil edir). Belə hallara təqvim ilində üçüncü dəfə yol verildikdə cərimənin məbləği 6 min manata çatdırılacaq (hazırda 1,2 min manat).
Düzəlişlər idman mərc oyunlarından əldə edilən uduşlara 10% vergi tətbiq edilməsini nəzərdə tutur.
Bundan başqa, Azərbaycanda mənzil tikintisi ilə məşğul olan fiziki və hüquqi şəxslər yalnız sadələşdirilmiş vergi ödəyiciləri olmaq hüququ əldə ediblər.
Sadələşdirilmiş vergi vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat olmaqla müəyyən edilmiş baza məbləğə əmsallar tətbiq edilməklə hesablanır (hazırda 10 manat).
Düzəlişlərə əsasən, peyk və digər kosmik obyektlərə vergi qoyulmur. Məhsul ötürən kəmərlər əmlak vergisinə cəlb olunur. Həmçinin ƏDV-dən azad edilmiş məhsul və xidmətlərə də vergi şamil ediləcək.
Düzəlişlərə əsasən, Vergilər Nazirliyinin səlahiyyətləri genişləndirilir. Belə ki, nazirlik vergi borclularının, xüsusən şirkət rəhbərlərinin ölkə hüdudlarından kənara çıxmasına məhdudiyyətlər qoyulması təşəbbüsü ilə məhkəməyə müraciət edə bilər.
Bundan əlavə, bir neçə faydalı qazıntı növünə qoyulan vergi dərəcələri də artırılır.
Vergilər Nazirliyinin qiymətləndirmələrinə görə, düzəlişlər 316 mln. manat məbləğində əlavə vergi bazasının yaradılmasına imkan verəcək.
A.Əzizov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət