Hesablama Palatası Lənkəran Mərkəzi Rayon Xəstəxanasının fəaliyyətində pozuntular aşkar edib
Bakı. 11 dekabr. İNTERFAKS-AZƏRBAYCAN - Hesablama Palatası Lənkəran Mərkəzi Rayon Xəstəxanasının fəaliyyətində bir sıra nöqsan və pozuntular aşkar edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə palatadan məlumat verilib.
Auditin məqsədi 2013-2015-ci illərdə ayrılan büdcə vəsaitinin xəstəxana tərəfindən məqsədyönlü istifadəsinin təhlilindən ibarət olub.
Auditin məlumatına görə, 2013-2014-cü illərdə və 2015-ci ilin birinci yarısında xəstəxana dövlət büdcəsindən 16,2 mln. manat vəsait alıb.
Bütövlükdə xəstəxanada 220 min nəfər vətəndaşa stasionar və ambulator qaydada xidmət göstərilib.
Audit zamanı Hesablama Palatası xəstəxananın fəaliyyətində analoji qurumlara xas olan bir sıra nöqsanlar aşkar edib.
Audit obyekti tərəfindən tələb olunan vəsaitlərin proqnozlaşdırılması işinə əsaslı yanaşılmaması nəticəsində bir sıra xərc maddələrinin icra səviyyəsi aşağı olub, bəzi xərclər isə istifadə edilməyib.
Audit ümumi ştat sayının 9,2%-nin vakant ştat olmasına baxmayaraq, əmək haqqının ödənilməsi ilə bağlı xərclərin 98,5%-dən çox olmaqla icra edildiyini göstərib.
Bundan başqa, stasionar tibb müəssisələri üzrə bir çarpayının işləməsi proqnozuna riayət olunmayıb. Belə ki, bir çarpayının illik işləməsinin 280 gün proqnozlaşdırılmasına baxmayaraq, çarpayı günlərinin icra göstəriciləri şəhər üzrə 2013-cü ildə 43,2%, 2014-cü ildə 51,6%, 2015-ci ilin 6 ayında isə 44,6%, xəstəxana üzrə müvafiq olaraq 33,9%, 49,2% və 49,3%, ayrı-ayrı tibb müəssisələri üzrə isə 0,3%-116,7% təşkil edib. Bununla belə, ərzaq məhsullarının alınması, həmçinin dərman, sarğı ləvazimatları və materialları üzrə xərclərin demək olar ki, 100% icra edildiyi bildirilir.
Həmçinin audit obyektləri tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə bir sıra hallarda əməl edilmədiyi, o cümlədən müəyyən edilmiş ərzaq siyahısında adı olmayan və təsdiq edilən normadan artıq ərzaq məhsullarının silindiyi bildirilib. Mərkəzi xəstəxananın anbarında və onun aptekində dərman və sarğı ləvazimatlarının uçotunun və sənədləşmənin düzgün aparılmaması, həkim təyinatı olmadan dərman silinməsi hallarına yol verildiyi nəzərə çatdırılıb.
Pozuntular əməyin ödəniş dərəcələrinin düzgün müəyyən olunmaması və bu sahəni tənzimləyən normativ aktların bir sıra digər tələblərinə riayət edilməməsi səbəbindən artıq əmək haqqı ödənilməməsi, xərc smetalarının riayət olunmaması, vəsaitin satınalma proseduru keçirilmədən xərc edilməsi ilə bağlı olub.
Yoxlamaların yekunları üzrə Hesablama Palatası aşkar olunan nöqsanların və pozuntuların aradan qaldırılması ilə bağlı tövsiyələr hazırlayıb.
A.Əzizov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət