Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında pediatriyanın aktual problemlərinə dair elmi-praktik konfrans keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Sona Məmmədova konfransı giriş sözü ilə açaraq uşaqların sağlamlığının qorunmasına göstərilən dövlət qayğısından danışıb, gələcəyimiz olan uşaqların hər cür qayğı ilə əhatə olunduğunu bildirib.
“Bu gün muxtar respublikada yaşayan əhalinin 126 min 187 nəfərini (29 faiz) 0-18 yaşa qədər uşaqlar təşkil edir. Onların icbari dispanserizasiyası, elektron sağlamlıq kartlarının verilməsi, məktəbyaşlı uşaqlarda ixtisas həkimləri tərəfindən dərin tibbi müayinələrin aparılması, həkim briqadalarının ucqar dağ kəndlərində uşaqları müayinə etmələri, idarəolunan yoluxucu xəstəliklərə qarşı peyvəndlərin vurulması və digər sağlamlıq tədbirləri daim diqqət mərkəzindədir. İdarəolunan yoluxucu xəstəliklərə qarşı profilaktika işi bu il daha da gücləndirilib, peyvəndlərin qrafik əsasında aparılmasına ciddi nəzarət edilib. Bu ilin noyabr ayında poliomielit turu uğurla aparılıb”, - deyə nazirliyin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-pediatrı İbrahim Ağayev məlumat verib.
“Bu ilin ilk 9 ayında 4900 uşaq doğulub, onlara lazım olan peyvəndlər vaxtında vurulub. İcbari dispanserizasiyaya görə 2015-ci ilin son 2 ayında 33 min 698 uşaq müayinələrdən keçirilib, aşkar olunan xəstələr dispanser qeydiyyatına götürülüb. İndiyədək 3671 elektron sağlamlıq kartı alınıb paylanıb”, - deyə o qeyd edib.
İxtisaslı həkim briqadaları muxtar respublikanın ucqar, xüsusən sərhəd və pediatr olmayan bölgələrində 21 min 560 uşağa tibbi xidmət göstəriblər. Uşaqlar arasında zərərli vərdişlərin qarşısının alınması məqsədilə 25 tam orta məktəbdə maarifləndirici seminarlar keçirilib, radio, televiziya və mətbuatda uşaqlarda mövsümlə əlaqədar tez-tez rast gəlinən xəstəliklərə, onların profilaktikasına, uşaqların düzgün qidalanmasına dair çıxışlar edilib, məqalələr dərc olunub.
“Yenidoğulmuşlarda hemorragik vəziyyət, müasir müalicə üsulları”, “Uşaqlarda anemiyalar, rastgəlmə tezliyi, profilaktikası və müalicəsinə müasir baxış” mövzularında məruzələr dinlənilib.
Məruzələr videosüjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
Q.Hüseynova
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət