"Kapital Bank" "Elektron Hökumət" portalı (e-gov.az) üzərindən müştərilərə təqdim edilən xidmətlərin spektrini genişləndirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzindən məlumat verilib.
“Bank portal üzərindən təqdim edilən xidmətlərin sayını genişləndirməyi planlaşdırır. Xüsusilə “Kapital Bank” elektron arayışların verilməsi sisteminə qoşulacaq”, - deyə mərkəzdən qeyd ediblər.
Bundan başqa, bank fərdi məlumatları özündə birləşdirən müştəri bazasını mərkəzin bazası ilə uyğunlaşdırmaq niyyətindədir.
“Mərkəzin rəhbərliyi artıq bankın nümayəndələri ilə baş tutmuş görüşdə qeyd olunan məsələləri müzakirə edib və çərçivə razılaşması əldə olunub. Gələcəkdə görüşlərin mütəxəssislər səviyyəsində davam etdirilməsi planlaşdırılıb”, - deyə məlumatda vurğulanır.
“Kapital Bank” Azərbaycanda 140 ildir fəaliyyət göstərir və hazırda aparıcı bankların beşliyinə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,87%) və fiziki şəxslərdir (0,13%).
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət