Azərbaycanda manatın devalvasiyasından sonra maliyyə sektoru zəif olaraq qalmaqdadır. Beynəlxalq Vayuta Fondunun (BVF) Azərbaycandakı missiyasının yeni rəhbəri Məhəmməd əl Qorçi belə hesab edir.
“Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramının (FSAP) tövsiyələrinə uyğun olaraq bank sistemi ilə bağlı normativ müddəalar və nəzarət fəaliyyəti əhəmiyyətli dərəcədə möhkəmləndirilməlidir”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, fevral ayında baş vermiş devalvasiyadan (33,5% - İF-Az) sonra dollarlaşmanın kəskin yüksəlməsi, bankların kapital göstəricilərinin pisləşməsi və iqtisadi artım tempinin azalması fonunda maliyyə sektoru çox zəifləyib.
“AMB kreditlərin yenidən strukturlaşması və müəyyən maliyyə dəstəyi ilə yanaşı, açıq mövqelər və kapitalın səviyyəsi üzrə yumşaq normalar tətbiq etməklə reaksiya göstərdi. Zamanla xalis açıq valyuta mövqeləri və kapitala tələblər üzrə zəifləmələri dayandırmaq lazımdır”, - deyə Məhəmməd əl Qorçi hesab edir.
“Hökumətin Azərbaycan Beynəlxalq Bankının yenidən strukturlaşdırılması planına gəlincə, bunu beynəlxalq səviyyədə qəbul edilmiş qabaqcıl praktika tətbiq etməklə həyata keçirmək lazımdır ki, bankın bazar payının azalmasına və gələcəkdə özəlləşdirilməsinə zəmin yaransın”, - deyə o qeyd edib.
Məhəmməd əl Qorçi Azərbaycan üzrə missiyanın yeni rəhbəri olaraq dekabrın 21-də tanışlıq məqsədi ilə ölkəmizə səfər edəcək.
Müsahibənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: http://interfax.az/view/659872
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət