Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı (Aİ) ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcudluğunu qeyd edir.
“Azərbaycan və Avropa İttifaqı arasında enerji, qeyri-neft sektoru, həmçinin nəqliyyat, təhsil, mədəniyyət və digər birgə maraq kəsb edən sahələrdə əməkdaşlıq üçün geniş potensial mövcuddur və ümid edirik ki, birgə səylərlə tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlıq inkişaf etdiriləcək”, - deyə E.Məmmədyarov KİV-ə müsahibəsində Bakı ilə Aİ arasında əlaqələri xarakterizə edərkən bildirib.
Nazir qeyd edib ki, 2015-ci il Azərbaycan və Avropa İttifaqı münasibətlərinin tarixində bir neçə mühüm hadisə ilə yadda qalıb.
“Əlbəttə, ilk olaraq Avropa Parlamentinin 2015-ci il sentyabrın 10-da Azərbaycanla bağlı qəbul etdiyi qərəzli və əsassız qətnamə üzərində dayanmaq istərdim. Bu sənəd tələsik formada bəzi qərəzli qüvvələrin səyləri nəticəsində qəbul olunub və orada ölkəmizə qarşı böhtan xarakterli iddialar irəli sürülüb”, - deyə E.Məmmədyarov bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi hadisələrin bu məcrada inkişaf etməsində maraqlı deyil. Əksinə, əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də Azərbaycan Avropa İttifaqı ilə münasibətlərinə böyük önəm və tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsinə praktiki addımlarla töhfə verib”, - deyə o vurğulayıb.
“Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əlaqələrini inkişaf etdirmək üçün strateji tərəfdaşlıq haqqında saziş layihəsini təqdim edib. Saziş layihəsindən irəli gələn və ikitərəfli əməkdaşlığa aid məsələləri müzakirə etmək üçün bu ilin dekabrında Avropa Xarici Siyasət Xidmətinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub”, - deyə XİN başçısı qeyd edib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət