Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəhbəri Namiq Xəlilov 2015-ci ildə Azərbaycanda sığorta bazarının 5% artımını yaxşı göstərici hesab edir.
“2015-ci il çətin il oldu, lakin buna baxmayaraq, sığorta bazarı inkişaf edib. Mövcud şəraitdə sığorta haqlarının 5% artımı (cari ilin yanvar-noyabr ayları ərzində - İF-Az) yaxşı göstərici hesab olunur”, - deyə N.Xəlilov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, 2015-ci ildə bəzi sığorta növləri üzrə sığorta haqlarının həcmində azalma müşahidə olunub. “Bu, ilk növbədə avtomobil sığortası bazarına aiddir, lakin burada əsasən obyektiv səbəblər də rol oynayır. Bu il bir çox sığorta növləri üzrə sığorta haqlarının artımı müşahidə olunub”, - deyə o qeyd edib.
N.Xəlilov deyib ki, cari ildə sığorta bazarı iki iştirakçısından məhrum olub. “Onlardan biri (“Era Trans Sığorta” - İF-Az) qanun pozuntularına yol verdiyinə görə bizim müdaxiləmiz nəticəsində, ikincisi (“Qarant Sığorta”) öz istəyi ilə fəaliyyətinə son verib”,- deyə o bildirib.
Xidmət rəhbəri söyləyib ki, “Qarant Sığorta” şirkəti sığorta fəaliyyətinə görə verilmiş lisenziyanın ləğv olunması üçün İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət etməlidir. “Son dəyişikliklərə uyğun olaraq sığorta fəaliyyətinin lisenziyalaşdırılması ilə bağlı bütün dəyişikliklər İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə daxildir”,- deyə o qeyd edib.
N.Xəlilov əlavə edib ki, fəaliyyətini dayandırmış “Qarant Sıgorta” şirkəti öz portfelini digər sığorta şirkətlərinə verəcək.
Xəbər verildiyi kimi, 2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda sığortaçılar 403,1 mln. manat (artım 5,3%) sığorta haqqı toplayıb, 157,5 mln. manat (artım 9,7%) ödəniş həyata keçiriblər.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət