Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasında iştirak edən tibb xidməti kapitanları Şükür Abdullayev və Gündüz Əkbərov mükafatlandırılıblar. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Zabitlər 2015-ci il dekabrın 11-də İspaniya Krallığının Əfqanıstandakı səfirliyinə qarşı törədilmiş terror aktı zamanı xəsarət almış insanlara ixtisaslı tibbi yardımın göstərilməsində peşəkarlıq nümayiş etdirdiklərinə görə mükafatlandırılıblar.
Nazirlik qeyd edir ki, hərbi həkimlərimiz ağır yaralılara operativ tibbi yardım göstərməklə yanaşı, uğurlu cərrahi əməliyyat edərək Əfqanıstan vətəndaşının həyatını xilas etməyə nail olublar.
Zabitlərimizin çətin və ağır vəziyyətdə göstərdikləri peşəkarlıq NATO-nun Əfqanıstandakı Türk Silahlı Qüvvələri komandanlığı tərəfindən də yüksək qiymətləndirilib.
İnsan tələfatı ilə nəticələnən terror aktı nəticəsində yaralıların bir qismi zabitlərimizin xidmət etdiyi tibb məntəqəsinə təxliyə edilib.
Ş.Abdullayev və G.Əkbərova Türk Tapşırıq Qüvvələri Komandanı diviziya generalı Cahit Bakırın imzası ilə də təşəkkür məktubu təqdim olunub.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət