“Unicapital” ASC investisiya şirkətinə çevrilib. Bu barədə “Unibank” ASC-nin məlumatında deyilir.
“Nizamnamə kapitalı 100%-lik "Unibank"a məxsus olan “Unicapital İnvestisiya Şirkəti” tam investisiya şirkəti fəaliyyətini həyata keçirmək üçün İqtisadiyyat və Sənaye Nazirliyindən lisenziya alıb”, - deyə məlumatda bildirilir.
Hazırda “Unicapital İnvestisiya Şirkəti”nin nizamnamə kapitalı 300 min manat təşkil edir.
Qiymətli kağızlar bazarının uzun illərdir ki, iştirakçısı olan “Unicapital İnvestisiya Şirkəti”, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir.
Uzun illərə dayanan uğurlu bazar təcrübəsi sayəsində “Unicapital İnvestisiya Şirkəti” istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün uğurlu tərəfdaşdır.
“Unicapital İnvestisiya Şirkəti” şirkəti qiymətli kağızlar bazarında həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərəcək. Şirkət qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icrası, fərdi investorların portfelinin idarə edilməsi, investisiya məsləhətlərinin verilməsi, qiymətli kağızların öhdəlik götürmədən və öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi, marja ticarəti kimi əsas investisiya xidmətləri göstərəcək.
İnvestorlar “Unicapital İnvestisiya Şirkəti”nin qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdikləri əqdlərin bağlanması zamanı kredit və ya digər formada borc verilməsi, qiymətli kağızlar bazarında investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması kimi yardımçı investisiya xidmətlərindən də istifadə edə biləcəklər.
“Unicapital” “Unibank”ın törəmə strukturudur.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət