2015-ci ildə Naxçıvan Muxtar Respubikasında 17 yeni subartezian quyusu qazılıb, 19 subartezian quyusu bərpa edilib, 12 kəhriz isə təmir olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən məlumat verilib.
Əkinçiliyin inkişafı və bol məhsul istehsalı torpaqların su təminatından və meliorativ tədbirlərin vaxtlı-vaxtında aparılmasından çox asılıdır. Bu amil muxtar respublikada diqqət mərkəzində saxlanılır. 2015-ci ildə bu istiqamətdə görülən işlərin həcmi artıb, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılıb, hidrotexniki qurğuların sazlığı daim nəzarətdə saxlanılıb.
Ötən il muxtar respublikanın sututarlarına 230 milyon kubmetr su yığılıb, əkin sahələrinə nasos stansiyaları və çaylar daxil olmaqla, ümumilikdə 210 milyon kubmetr su verilib, təkrar suvarma nəzərə alınmaqla 173 min 467 hektar torpaq sahəsi suvarılıb.
Ötən il 22 kilometr istiqamətləndirici bənd salınıb, 162 kilometr magistral kanal, 496 kilometr ara arxları, 73 kilometr kollektor lildən təmizlənib, 24 kilometr təzyiqli boru xətti, 8 kilometrdən artıq kaptaj və drenaj sistemi təmir olunub.
Ümumilikdə 2220 hektar sahəni əhatə edən 241,5 kilometrlik qapalı suvarma şəbəkəsi tikilib, 77,5 kilometr məsafədə yeni drenaj xətti çəkilib, 6,5 kilometrlik kollektor bərpa olunub.
Muxtar respublikanın şəhər və rayon mərkəzlərində yeni içməli su və kanalizasiya sistemlərinin qurulması sahəsində mühüm tədbirlər həyata keçirilir. 2015-ci ildə Naxçıvan şəhərində su və kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılıb. Hazırda rayon mərkəzlərində bu işlər davam etdirilir.
Q.Hüseynova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət