Prezident İlham Əliyev ötən ilin dekabr ayında Pekinə rəsmi səfəri çərçivəsində Azərbaycanla Çin arasında imzalanmış bir sıra sənədləri təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev Azərbaycan Respublikasının “Azərbaycan Dəmir Yolları” QSC ilə Çin Xalq Respublikasının Milli Dəmir Yolu Administrasiyası arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığa dair 2015-ci il dekabrın 10-da Pekin şəhərində imzalanmış, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016–2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Sazişi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında ikitərəfli iqtisadi əməkdaşlığın təşviqi haqqında Anlaşma Memorandumunu, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə Çin Xalq Respublikasının Energetika üzrə Dövlət İdarəsi arasında Anlaşma Memorandumunu, Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında fitosanitariya əməkdaşlığı sahəsində imzalanmış Sazişi təsdiq edib.
Dövlət başçısı həmçinin 2015-ci il mayın 14-də Vyetnam prezidenti Çıonq Tanq Şanqın ölkəmizə səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişi təsdiq edib.
Bundan əlavə, Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” 2015-ci il sentyabrın 25-də Nyu-York şəhərində imzalanmış Saziş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviya Respublikasının Rifah Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahələrində əməkdaşlıq haqqında 2015-ci il dekabrın 3-də Bakı şəhərində imzalanmış Memorandum, Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında 1998-ci il 23 oktyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə 2015-ci il dekabrın 4-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilib.
A.Axundov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət