Azərbaycan hökuməti 2016-cı il üçün dövlət büdcəsinə yenidən baxılması nəticəsində gəlir hissəsinin 16,4 mlrd. manat, xərc hissəsinin 18,2 mlrd. manat artırılmasını planlaşdırır. Bu barədə maliyyə naziri Samir Şərifov ANS telekanalına müsahibəsində məlumat verib.
“Dövlət büdcəsi haqqında” qanuna uyğun olaraq 2016-cı ildə gəlirlər 14 mlrd. 566 mln. manat, xərclər 16 mlrd. 264 mln. manat, büdcə kəsiri 1 mlrd. 698 mln. manat məbləğində proqnozlaşdırılır.
“Büdcəyə yenidən baxılması nəticəsində gəlirlər 1,9 mlrd.-dan bir qədər az, 16,4 mlrd. manata qədər artacaq, o cümlədən Dövlət Neft Fondundandan transfertlər 1,2 mlrd. manat, xərclər 1,95 mlrd. manat - 18,2 mlrd. manata qədər artacaq”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, dövlət büdcəsinin parametrlərinə yenidən baxılarkən neftin bir barelinin qiyməti 25 dollardan hesablanacaq, buna qədər isə büdcə neftin bir bareli 50 dollar olmaqla təsdiqlənib.
S.Şərifov qeyd edib ki, 2015-ci ilin dekabrında manatın devalvasiyası 2016-cı ilin dövlət büdcəsinə yenidən baxılmasını zəruri edib.
“Söhbət xarici valyutada ifadə edilmiş xərclərdən - xarici borca xidmət üzrə xərclər, xaricdəki diplomatik nümayəndəliklərin xərcləri, beynəlxalq təşkilatlara üzvlük xərclərindən və s. gedir.
Bundan əlavə, devalvasiya ilə əlaqədar olaraq inflyasiya təzyiqi, bəzi qiymətlərin artımı müşahidə olunur. Bununla əlaqədar olaraq dövlət əhalinin ən həssas təbəqəsinə mənfi təsirlərin azaldılması istiqamətində addımlar atır”, - deyə o əlavə edib.
Nazir söyləyib ki, prezident İlham Əliyev pensiya və əmək haqlarının artırılması ilə bağlı bir sıra sərəncamlar imzalayıb. “Bundan başqa, sosial müavinətlərin, o cümlədən işsizliyə görə sosial müavinət, ünvanlı sosial yardım, tələbə təqaüdlərinin artırılması istiqamətində bir sıra yeni sərəncamların imzalanması gözlənilir.
Bütün bunlar üçün büdcədə vəsaitlər nəzərdə tutulmalıdır. Bu məqsədlərə 1 mlrd. manatdan çox əlavə vəsait tələb olunur”,- deyə S.Şərifov qeyd edib.
Onun sözlərinə görə, büdcəyə təkrar baxılmasının digər səbəbi də odur ki, bəzi mənbələr üzrə gəlirlər azalacaq.
“Söhbət beynəlxalq neft konsorsiumları tərəfindən mənfəət vergisi üzrə köçürmələrin azalmasından gedir. Neft-qaz sektorunda vəziyyət aydındır. Neftin qiymətləri azalmaqda davam edir. Biz neft konsorsiumlarından və SOCAR-dan daxilolmaların 200 mln. manat azalacağını proqnozlaşdırırıq. Həmçinin manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmalara dair proqnozu dəyişmişik. Manatın devalvasiyası ilə əlaqədar ölkəyə idxal edilən malların qiyməti və onlar üzrə gömrük gəlirləri yüksəlib. İnflyasiya səbəbindən Vergilər Nazirliyinin xətti ilə də daxilolmalar arta bilər”,- deyə maliyyə naziri vurğulayıb.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət