“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2016-cı ilin I rübündə Azərbaycanda iki zavod işə salmağı verməyi planlaşdırır. Bu barədə ASC-nin baş direktoru Göksel Aybek çərşənbə günü jurnalistlərə məlumat verib.
“2016-cı ilin birinci rübündə Balaxanıda üzlük materialları və Kürdəxanıda plastik qapı və pəncərə istehsalı zavodları istifadəyə veriləcək”, - deyə G.Aybek bildirib.
Onun sözlərinə görə, bu zavodların, eləcə də 2015-ci ilin dekabr ayında Xırdalanda istifadəyə verilən metal konstruksiyaları zavodunun tikintisinə ümumi investisiyaların həcmi 50 mln. manat təşkil edəcək.
“Zavodda istehsal olunan məhsullar həm yerli bazara daxil olacaq, həm də ixrac ediləcək”, - deyə G.Aybek vurğulayıb.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2010-cu ilin avqustunda “Akkord İnşaat Sənaye” ASC və “Yeni İnşaat Konsaltinqi” MMC tərəfindən təsis edilib. Korporasiyanın səhmdarları bir hüquqi və 2 fiziki şəxsdir. Nizamnamə kapitalı 74 mln. 112,5 min manata bərabərdir. “Akkord” iki seqmentdə - tikinti və istehsal sahələrində fəaliyyət göstərir. Korporasiya müxtəlif tikinti materiallarının istehsalı ilə məşğul olur, yol-nəqliyyat infrastrukturunun tikintisi üzrə bir sıra layihələrin podratçısıdır. Bundan başqa, şirkət Bakıda və Abşeron yarımadasında yaşayış komplekslərinin tikintisi ilə məşğul olur.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət