Bələdiyyələrə yeni səlahiyyətlər verilə bilər. Bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bəyan edib.
“Yerli özünüidarəetmə orqanlarına yeni səlahiyyətlərin verilməsi gözlənilir”, - deyə o, cümə günü komitənin iclasında bildirib.
Milli Məclisin payız sessiyası çərçivəsində komitənin fəaliyyətinə yekun vuran A.Rəhimzadə qeyd edib ki, 2015-ci ildən başlayaraq Azərbaycan qanunverciliyində bələdiyyələrə vergi və digər daxilolmaların nağdsız ödəniş təcrübəsi öz yerini tutub.
“Bu məsələnin qanunvericilikdə öz həllini tapmasına baxmayaraq, onun reallaşdırılması müəyyən çətinliklərlə əlaqədardır. Onların aradan qaldırılması üçün iş aparılır, təkliflər hazırlanır”, - deyə komitə sədri vurğulayıb.
Onun sözlərinə görə, yeni təşəbbüslər bələdiyyələrin vergi ödəyicilərinə təsir mexanizminin formalaşmasına yönəlib.
“Biz həmçinin tender keçirilmədən bələdiyyələrin balansında olan torpaqların mövsümi
istifadə üçün icarəyə verilməsi məsələsinə də diqqət ayırırıq”, - deyə A.Rəhimzadə vurğulayıb.
O qeyd edib ki, payız sessiyasında komitə tərəfindən 12 məsələ və 9 qanun layihəsinə baxılıb.
“Düşünürəm ki, Milli Məclisin yaz sessiyasında komitəmizin fəaliyyəti daha da səmərəli olacaq. İşimizin effektivliyini artırmaq məqsədilə mütəmadi olaraq rayonlara səfər etməli və seçicilərimizin problemlərini öyrənməliyik”, - deyə A.Rəhimzadə vurğulayıb.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət