İqtisadiyyat Nazirliyi pambıqçılıq sahəsində 15 mindən çox yeni iş yerinin açılacağını proqnozlaşdırır. Bu barədə nazirlikdən məlumat verilib.
“Stimullaşdırma tədbirləri, pambıq əkini sahələrinin artırılması bu sahədə 15 mindən çox yeni iş yerinin açılmasına, pambıqçılıq sahəsində çalışanların sayının ötən illə müqayisədə 2 dəfəyə yaxın artmasına imkan verəcək”, - deyə məlumatda deyilir.
Şənbə günü nazirlikdə pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin nümayəndələri ilə pambıqçılığın inkişafı perspektivləri müzakirə edilib.
“Bu sahəyə marağın daha da artırılması məqsədilə stimullaşdırma tədbirləri həyata keçiriləcək, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılacaq. Bundan başqa, pambıq istehsalı və emalı müəssisələri daşıma xərclərini qarşılayacaq və istehsal xərclərinin 90%-i emalçılar tərəfindən avans olaraq veriləcək”, - deyə məlumatda qeyd olunur.
Pambıq istehsalı və emalı müəssisələri satınalma qiymətini 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırmaqla, pambığın birinci növünün bir tonunu 500 manata, ikinci növünün bir tonunu 470 manata, üçüncü növünün bir tonunu 440 manata, dördüncü növünün bir tonunu isə 400 manata qəbul edəcəklər.
“Ümumilikdə 2016-cı ildə ötən illə müqayisədə 80% çox (30 min hektar) sahədə pambıq əkilməsi və 70 min ton xam pambıq tədarük edilməsi planlaşdırılır”, - deyə məlumatda vurğulanır.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət