Azərbaycan Beynəlxalq Bankının işçilərinin bilik səviyyəsinin yoxlanılması məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi testləşdirmə zamanı ən yüksək nəticə göstərmiş bank əməkdaşları mükafatlandırılıb.
Xatırladaq ki, testləşdirmə dörd fəaliyyət istiqaməti - Xəzinə, Əməliyyat, Kredit və Mühasibat işi üzrə aparılmış, iştirakçılara 100 test tapşırığı təqdim edilmişdi. 85 sual bank sektoru və qanunvericiliyə, 15 sual məntiqi nəticə çıxarma qabiliyyətinə aid idi. Test imtahanında 583 nəfər əməkdaş iştirak etmişdi.
Ən yüksək nəticələri isə Xəzinə bloku üzrə Bankın Nəqliyyat filialının aparıcı mütəxəssis-xəzinədarı Tərlan İlqar oğlu Bağırlı (90 bal), Mühasibat bloku üzrə Qazax filialının Nəzarət şöbəsinin müdiri Fərid Rövşən oğlu Əsgərov (77 bal), Kredit bloku üzrə Gəncə filialının Kredit şöbəsinin müdiri Kamal Nizami oğlu Səfərov (82 bal) və Əməliyyat bloku üzrə “Abşeron” filialının Əməliyyat şöbəsinin baş mütəxəssisi Əli Cavad oğlu Rzayev (87 bal) toplayıb.
Mükafatlandırma tədbirində belə bir qiymətləndirmə prosesinin əməkdaşların peşəkarlıq səviyyəsi ilə bağlı real vəziyyətin təhlili məqsədilə aparıldığı bildirilib. Qeyd edilib ki, test imtahanının nəticələri bu sahədə təkmilləşmə işlərinə kömək göstərəcək. İmtahanda yüksək nəticələr qazanan əməkdaşların bu nailiyyətləri onların karyera irəliləyişlərində nəzərə alınır və gələcəkdə də nəzərə alınacaq.
Daha sonra əməkdaşlara sertifikatlar və hədiyyələr təqdim olunub.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət