Rusiyanın Bakıdakı səfirliyində Rusiya Federasiyasının diplomat işçilərinin Günü münasibətilə illik bayram mərasimi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə səfirlikdən məlumat verilib.
Tədbirdə çıxış edən səfir Vladimir Doroxin qonaqlara Rusiya diplomatiyası barədə məlumat verib.
O qeyd edib ki, əgər sifarişli mətbuata nəzər yetirilərsə, hər kəs Rusiyanın dostlarının olmadığını zənn edəcək.
“Əslində, bu belə deyil. Dostlarımızın sayı, ilk baxışda göründüyündən daha çoxdur”, - deyə o qeyd edib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin öz növbəsində bildirib ki, Rusiya-Azərbaycan münasibətləri dostluq məcrasında inkişaf edir.
O, İcmanin fəaliyyətinin dəstəklənməsində səfirliyin rolunu yüksək qiymətləndirib.
Qonaqlara Rusiya Federasiyasının diplomat işçilərinin Günü münasibətilə RF XİN başçısı Sergey Lavrovun çıxışı nümayiş olundu.
Gecədə Azərbaycanlı caz pianoçu Emil Əfrasiyab Motsart və Üzeyir Hacıbəylinin musiqi əsərlərinin sintezi ilə tədbirdə çıxış edib.
Tədbirdə Belarus, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Serbiya, Tacikistan, Türkmənistan diplomatik nümayəndəliklərinin başçıları, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət