2016-cı ildə İsmayıllının İvanovka kəndinin Nikitin adına kolxozunun bazasında aqroparkın yaradılması planlaşdırılır. Bu barədə vergilər naziri Fazil Məmmədov İsmayıllı rayon ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı bəyan edib.
“İsmayıllının İvanovka kəndinin Nikitin adına kolxozunun bazasında aqroparkın yaradılması planlaşdırılır və bu işin 2016-cı ildə başa çatdırılması üçün imkanlar mövcuddur”, - deyə F.Məmmədov bildirib.
Onun rəyinə görə, İsmayıllı rayonu ASK sektorunda yüksək potensiala malikdir.
F.Məmmədov qeyd edib ki, BMT-nin İnkişaf Proqramı və Avropa Birliyinin dəstəyi ilə rayonda aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı iki layihə həyata keçirilir. Bu layihələr çərçivəsində İsmayıllı şəhəri, Topçu, Qurbanəfəndi, Sumağallı, Diyallı, Yeniyol, Çəmənli kəndlərində istixanalar yaradılmış və yüksək keyfiyyətli tərəvəz məhsulları istehsal edilməkdədir. 2015-ci ildə rayonda 50-dən çox təsərrüfatda istixana sahələri yaradılıb və gələcəkdə onların sayının 100-ə çatdırılması nəzərdə tutulur.
Nazir əlavə edib ki, Keyvəndi kəndində 1,5 min başlıq heyvandarlıq komleksində inşaat işləri davam etdirilir. Həmçinin rayonda illik istehsal gücü 1000 ton olan hind toyuğu fabrikində inkubator sexi, vitaminli yem istehsal edən dəyirman quraşdırılacaq. Fabrik tam gücü ilə fəaliyyətə başladığı zaman burada 200-250 nəfər işlə təmin olunacaq
F.Məmmədov İsmayıllı rayonunda taxıl istehsalının artırılması, üzümçülüyün inkişafı, onunla bağlı emal sənayesinin inkişafına nail olunması, mövcud istehsal güclərinin, xüsusilə də ixrac potensialının artırılmasının zəruri olduğunu deyib.
F.Məmmədov həmçinin turizm sahəsində rayonun böyük potensiala malik olduğunu, turizmin dağ gəzintisi, ekoloji turizm, tarixi turizm, ailə turizmi kimi sahələrinin inkişafına sərmayə cəlb edilməsi istiqamətində səyləri artırmağın vacibliyini vurğulayıb.
Bundan başqa, vergilər naziri dövlət büdcəsinin dotasiyasından asılılığının azaldılmasının vacibliyini də qeyd edib.
İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yaxın illərdə büdcədən rayona ayrılan dotasiyaları tamamilə aradan qaldırmağa çalışacaqlarını bildirib.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət