Şərur rayonunun Oğlanqala kəndində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun iştirakı ilə yeni məktəb binası, Kənd mərkəzi, kənd həkim ambulatoriyası və xidmət mərkəzi istifadəyə verilib.
“Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərindən başlayaraq məktəb işinə göstərdiyi diqqət və qayğı bu gün ölkə prezidenti tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, ölkəmizin hər yerində yeni məktəb binaları tikilir, müəllim əməyi qiymətləndirilir, onların əməkhaqlarınınartırılması üçün diaqnostik qiymətləndirmə aparılır”, - deyə V.Talıbov məktəbin açılışında çxışı zamanı qeyd edib.
Onun sözlərinə görə, məktəbdə təhsil alan hər bir gənc gələcəkdə mütləq bir peşə sahibi olmalıdır. Bu səbəbdən də məktəblərdə müasir tədris şəraiti yaradılmalıdır. “Oğlanqala kənd tam orta məktəbində yaradılan şərait imkan verəcəkdir ki, burada təhsil alan gənclər gələcəkdə ölkəmizdə və xaricdə istənilən ali məktəbdə təhsillərini davam etdirsin, eyni zamanda bir peşə sahibi olsunlar. Bütün bunlar kollektivin üzərinə mühüm vəzifələr qoyur”, - deyə Ali Məclisin sədri bildirib.
576 şagird yerlik 3 mərtəbəli məktəb binasında 4-ü elektron lövhəli olmaqla 32 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, müəllimlər otağı, 2 şahmat otağı, kitabxana, bufet, idman zalı yaradılıb.
Kənd mərkəzində yerləşən Rabitə evində 384 nömrəlik ATS quraşdırılıb, yeni poçt bölməsi yaradılıb. Burada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası Oğlanqala kənd ərazi ilk təşkilatı yerləşir.
Həmin gün V.Talıbov Xanlıqlar kəndinə gəlib, “İmamzadə”də aparılan bərpa işləri ilə tanış olub.
Q.Hüseynova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət