Prezident İlham Əliyevin “Valyuta tənzimi haqqında” qanunda dəyişikliklərə veto qoyması ölkə vətəndaşlarının konstitusiya hüquqlarının müdafiəsinə yönəlib. Milli
Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə belə hesab edir.
“Parlamentin bu qanuna qəbul etdiyi düzəlişlər ikiqat vergitutma hallarına imkan verirdi. Məsələn, ölkədə daşınmaz əmlak satmış və artıq vergi ödəmiş şəxs vəsaitin ölkədən çıxarılması zaman təkrar vergi ödəməli olurdu”, - deyə Z.Səmədzadə çərşənbə günü jurnalistlərə bildirib.
Onun fikrincə, bu hal şəxsin konstitusiya hüquqlarının pozulmasıdır.
Z.Səmədzadə hesab edir ki, prezidentin həmin düzəlişlərə qoyduğu veto da ölkədə investisiya mühitinin yaxşılaşmasına xidmət edəcək.
Milli Məclis yanvarın 19-da “Valyuta tənzimi haqqında” qanuna dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən, Azərbaycanda birbaşa investisiyalar, qiymətli kağızlar, daşınmaz əmlak və torpaq əldə etmək üçün xaricə köçürülən valyuta həcmindən 20% yığım tətbiq olunacaq.
Fevralın 3-də prezident İ.Əliyev “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qəbul edilmiş qanunu Milli Məclisə geri qaytarıb. Prezidentin iqtisadi islahatlar üzrə köməkçisinin xidmətindən verilən məlumata əsasən, qərar sahibkarların və investorların çoxsaylı müraciətləri nəzərə alınaraq qəbul edilib.
Xüsusilə hüquqi şəxs törəmə cəmiyyət, filial, nümayəndəlik və xaricdə digər struktur şöbəyə vəsaitin köçürülməsi zamanı bir təqvim ili ərzində köçürülən vəsaitin həcmi 50 min ABŞ dolları ekvivalentindən yuxarı olarsa, bu məbləğin 20%-ni rüsum olaraq ödəməlidir.
Əgər bir təqvim ili ərzində fiziki şəxsin (və ya yaxın qohumunun) adına xaricdə açılan hesabına köçürülən vəsaitin həcmi 50 min ABŞ dolları ekvivalentindən yuxarı olarsa, bundan artıq məbləğin 20%-i miqdarında icbari yığım tutulacaq. Bu, fiziki şəxslərin hesab açılmadan həyata keçirdikləri xarici valyutada köçürmələrinə də aiddir.
Bununla yanaşı, həmin məhdudiyyətlər müalicə, təhsil, məhkəmə və hüquq-mühafizə orqanlarının qərarlarının xaricdə icrası xərcləri ilə bağlı valyuta köçürmələrinə aid deyil.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət