SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Qaz İxracı İdarəsi (Qİİ) 2015-ci ildə elektrik stansiyalarının yanacaqla təmin olunması üçün “Azərenerji” SC-ni 4 mlrd. 689 mln. kubmetr qazla təchiz edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
SOCAR-ın məlumatına əsasən, 2015-ci ildə Qİİ magistral qaz kəmərləri sisteminə 14 mlrd. 562 mln. kubmetr, o cümlədən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 6 mlrd. 332 mln. kubmetr, quru yataqlarında işləyən əməliyyat şirkətlərindən və digər mənbələrdən 352 mln. kubmetr, “Azneft” İstehsalat Birliyindən 7 mlrd. 770 mln. kubmetr qaz daxil olub.
“Həmçinin 2015-ci ildə Azərbaycana Rusiyadan 108 mln. kubmetr qaz idxal edilib. Qəbul olunan qaz həcmlərinin 5,763 mlrd. kubmetri “Azəriqaz” İB-yə, 4,689 mlrd. kubmetri “Azərenerji” ASC-yə, 1,760 mlrd. kubmetri “Azneft” İB-yə, 1,358 mlrd. kubmetri isə Gürcüstana təchiz edilib”,- deyə məlumatda bildirilir.
Həmçinin Naxçıvan Muxtar Respublikasının qaza olan tələbatını təmin etmək məqsədilə İran İslam Respublikasına uzunmüddətli (2025-ci ilədək) mübadilə (swap) müqaviləsi çərçivəsində ötən il İran tərəfindən qəbul olunan 0,287 mlrd. kubmetr qaz həcminin 0,267 mlrd. kubmetri “Naxçıvanqaz” İB-yə verilib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət