“Azərbaycan İnvestisiya Şirkəti” ASC “Holcim Azerbaijan” ASC-nin səhmdarlarının tərkibindən çıxıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“AİŞ 2015-ci il noyabrın 18-də “Holcim Azerbaijan”dakı 10% payını "Holcim Auslandbeteiligungs Gmbh" şirkətinə sataraq səhmdarların tərkibindən çıxıb”, - deyə hökumətdən qeyd ediblər.
2007-ci ilin dekabr ayında Azərbaycan İnvestisiya Şirkəti və İsveçrənin “Holcim” şirkəti arasında AİŞ-in 10% payla sement zavodunun kapitalına daxil olmaq niyyəti haqqında memorandum imzalanıb.
AİŞ-in şirkətin səhmdarları sırasına daxil olması sement zavodunun gücünün artırılması ilə əlaqədar olub. Xüsusilə layihə “Holcim Azerbaijan”ın sement istehsalı üzrə gücünün ildə 1,3 mln. tondan 1,7 mln. tona qədər, klinker istehsalı üzrə gücünün ildə 0,8 mln. tondan 1,2 mln. tona qədər artımını nəzərdə tutur.
“Hazırda layihə uğurla həyata keçirilir və AİŞ müqavilənin şərtlərinə uyğun olaraq öz payını sataraq şirkətdən çıxıb”, - deyə hökumətdən vurğulayıblar.
“Holcim Azerbaijan” ASC hazırda Azərbaycanda ən iri sement istehsalçısıdır. Yerli bazarda sement istehsalının 35-40%-i onun payına düşür. ASC-nin səhmdarları İsveçrənin “Holcim” (66%), Avropa Yenidənqurma və İnkişaf Bankı (10%), Azərbaycan İnvestisiya Şirkəti (10%) və özəl səhmdarlardır (14%). 2014-cü ilin sonuna şirkətin aktivləri 394,9 mln. manat, bölüşdürülməmiş xalis mənfəəti 232 mln. 57,67 min manat təşkil edir. 2014-cü il ərzində “Holcim Azerbaijan”ın xalis mənfəəti 39 mln. 714,613 min manat olub.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 mln. manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir.
A. Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət