Əmanətlərin Sığortalanması Fondu (ADIF) Azərbaycan Mərkəzi Bankından (AMB) 20 mln. manat cəlb edə bilər. Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov cümə axşamı keçirilən mətbuat konfransında deyib.
“Müflis olan bankların əmanətçilərinə 93 mln. manat vəsait ödəmişik. Ödənilməli olan kompensasiyanın ümumi məbləği təxminən 148 mln. manatdır. Fondun vəsaiti 132 mln. manat olub, hazırda 40 mln. manata yaxın vəsait qalıb. Əgər əmanətçilər kompensasiya üçün müraciət etsələr, bizə əlavə 20 mln. manat lazım olacaq”, - deyə A.Cavadov bildirib.
Onun sözlərinə görə, son günlər kompensasiyaların ödənilməsi üçün müraciətlər azalıb.
“Kompensasiyaların ödənilməsi üçün vəsaitimiz hələlik çatır. Zərurət yarandığı halda Mərkəzi Bankdan əlavə vəsait cəlb edə bilərik”, - deyə A.Cavadov vurğulayıb.
ADIF 2006-cı il dekabrın 29-da qəbul olunmuş “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsinə dair” ölkə Prezidentinin 9 fevral tarixli fərmanı çərçivəsində yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət