Martın 3-də Naxçıvan şəhərində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə İran Dəmir Yollarının İdarə Heyətinin üzvü Abbas Hajfathalihanın rəhbərliyindəki nümayəndə heyəti arasında Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı texniki məsələlərlə əlaqədar müzakirələr aparılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Görüşdə C.Qurbanov deyib ki, Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində muxtar respublika 24 ildir blokada şəraitində yaşayır.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında qarşılıqlı əlaqələrin daim genişləndiyini, bu il fevralın 23-də prezident İlham Əliyevin İrana rəsmi səfər etdiyini bildirən C.Qurbanov deyib ki, həmin səfər zamanı hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edən müqavilələr imzalanıb.
Həmin sənədlərdən “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Çərçivə Sazişi”, “Azərbaycan Dəmir Yolları” QSC ilə İran İslam Respublikasının Dəmir Yolları arasında Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında Müqavilə” “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması baxımından böyük önəm daşıyır. Şimal-Cənub beynəlxalq dəmir yolu xətti ilə sərnişindaşımaları da həyata keçiriləcək. Bu baxımdan Naxçıvan ilə İran arasında beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması önəmlidir.
“Azərbaycan Dəmir Yolları” QSC sədri fəaliyyətə başlayacaq dəmir yolu xətti ilə yükdaşımaların da həyata keçiriləcəyini qeyd edərək deyib ki, bu həm iqtisadi, həm ekoloji, həm də təhlükəsizlik baxımından sərfəlidir.
Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması məqsədilə təşkilati işlərin həlli, İran dəmir yolları tərəfindən Azərbaycan dəmir yollarına məxsus yük vaqonlarının birgə istifadəsi, Rəşt-Astara dəmir yolu bağlantısının tikilməsi üçün maliyyə mənbələrinin araşdırılması məsələləri müzakirə olunub.
Azərbaycan və İran dəmir yolları mütəxəssislərinin mart ayı ərzində təkərdəyişmə məntəqəsinin yerləşdiyi Culfa stansiyasında birgə araşdırmalar aparması, Azərbaycan və İran dəmir yollarının sərnişin bilet satışı sistemlərinin uyğunlaşdırılması imkanlarının araşdırılaraq müzakirəyə çıxarılması və növbəti görüşün aprel ayında keçirilməsi qərara alınıb.
Q.Hüseynova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət