Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində zavod ilə SOCAR-KBR Birgə Müəssisəsi arasında Layihənin İdarəedilməsi üzrə Podratçı (PMC) müqaviləsinin imzalanma mərasimi keçirilib. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
Bazar ertəsi zavodla SOCAR-KBR BM arasında müvafiq saziş imzalanıb.
Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, SOCAR–KBR 2019-2020-ci illərdə həyata keçiriləcək bu layihənin çətinliyinə görə idarəetmə və nəzarət sahəsində təcrübəsi nəzərə alınmaqla podratçı qismində cəlb edilib.
KBR şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti Jan Egil Braendeland qeyd edib ki, bu saziş çərçivəsində birgə layihə qrupu - SOCAR–KBR və SOCAR mütəxəssislərindən ibarət İdarəedici komanda yaradılacaq.
Daha əvvəl R.Abdullayevə istinadən məlumat verilib ki, 2015-ci ilin sonunda SOCAR BNEZ-in yenidən qurulması və modernləşməsi üzrə işlərə başlamağı və 2018-ci ilin sonunda bitirməyi planlaşdırır. Bu, zavodda "Euro-5" standartına cavab verən daha yüksək keyfiyyətli benzin və dizel yanacağının istehsalını həyata keçirməyə və 2030-cu ilin ortalarına qədər ölkənin bu yanacaq növlərinə olan tələbatını ödəməyə imkan verəcək.
Xəbər verildiyi kimi, BNEZ-in yenidən qurulması və modernləşdirilməsi layihəsinə neftin ilkin emalı üzrə qurğunun gücünün illik 6 mln. tondan 7,6 mln. tona qədər, katalitik krekinq qurğusunun gücünün illik 2 mln. tondan 2,5 mln. tona qədər artırılması daxildir.
Heydər Əliyev adına BNEZ-də yenidənqurma və modernləşmə nəticəsində avtomobil benzininin illik istehsal həcmi 1,3 mln. tondan 2,2 mln. tona qədər, dizel yanacağının istehsal həcmi 2.3 mln. tondan 2,9 mln. tona qədər, təyyarə yanacağının istehsal həcmi 700 min tondan 1 mln. tona qədər artacaq.
ARDNŞ və KBR 2015-ci ilin mart ayında mühəndislik xidmətləri üzrə birgə müəssisə (BM) yaradıb. Müəssisə geoloji kəşfiyyat və hasilat, neftin emalı, saxlanılması və nəqli, neft və neft məhsullarının təkrar emalı və satışı üzrə layihələrin icrasında mühəndislik (texniki-layihələndirmə) və tikinti xidmətlərini təmin etmək məqsədilə yaradılır.
KBR şirkəti 1994-cü ildən Azərbaycanda mühəndislik xidmətləri üzrə ilk beynəlxalq podratçı kimi fəaliyyətə başlayıb və həmin vaxtdan etibarən “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi Hasilatın pay bölgüsü sazişləri üzrə xidmət göstərir.
KBR, Inc. (əvvəllər “Kellogg Brown & Root”) mühəndislik, təchizat və tikinti xidmətləri göstərən Amerika şirkətidir.
KBR ABŞ Ordusunun və Müdafiə Nazirliyinin əsas təminatçılarındandır və “Halliburton” şirkətinin törəməsidir. Nəzarət paketini 1962-ci ildə əldə edib. Şirkətin baş ofisi Hyuston şəhərində yerləşir.
N. Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət