Müdafiə Nazirliyi Azərbaycan tərəfinin kəşfiyyat-təxribat əməliyyatı keçirməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatları təkzib edir.
“Qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələri tərəfindən guya kəşfiyyat-təxribat əməliyyatı keçirilməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatlar tam yalandır, dezinformasiya xarakteri daşıyır və cəbhə xəttindəki vəziyyəti düzgün əks etdirmir”, - deyə nazirliyin mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinin sorğusuna cavab olaraq bildirilib.
“Ermənistan tərəfi bu kimi xəbərləri yaymaqla son günlər cəbhədəki ağır uğursuzluqları və verdikləri çoxsaylı itkilərini gizlətməyə cəhd göstərir. Düşmən o qədər qorxu içindədir ki, hətta dinc sakinlər və qoyun-quzu sürülərində də özlərinə qarşı təhlükə görürlər”, - deyə nazirlikdən qeyd ediblər.
Bildirilir ki, cəbhədə əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.
Qeyd edək ki, çərşənbə günü Ermənistan mətbuatı Silahlı Qüvvələrimizin bölmələri tərəfindən guya kəşfiyyat-təxribat əməliyyatı keçirilməsi və itki verərək geri çəkilməyə məcbur olması barədə məlumat yayıb.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət