SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) İsveçrədəki layihələrə 400 mln. İsveçrə frankından çox sərmayə qoyub. Bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda ticarət və iqtisadi əməkdaşlıq üzrəAzərbaycan-İsveçrə hökumətlərarası komissiyasının 7-ci iclasında çıxışı zamanı bildirib.
“SOCAR İsveçrədə 148 yanacaqdoldurma məntəqəsi alıb. İsveçrədə neft məhsullarının pərakəndə satış bazarının 7 %-i, topdan satış bazarının 8%-i, maye qaz bazarının 25%-i şirkətin payına düşür”,- deyə Ş.Mustafayev bildirib.
O, həmçinin qeyd edib ki, İsveçrənin AXPO şirkəti TAP layihəsində 5% pay sahibidir və “Şahdəniz” layihəsinin işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində Azərbaycandan qaz alacaq.
Xəbər verildiyi kimi, SOCAR İsveçrədə neft məhsullarının pərakəndə satışı sahəsində fəaliyyət göstərərək SOCAR brendi altında YDM şəbəkələri açır.
SOCAR-ın “Esso Ecco Schweiz GmbH” şirkətinin səhmlərini əldə etməsinə dair saziş 2011-ci il noyabrın16-da Sürixdə imzalanıb. “Esso Ecco Schweiz GmbH” şirkətinin səhmləri SOCAR-a $330 mln.-a başa gəlib.
Sazişə əsasən, “Esso Switzerland”ın alınması ilə həmin şirkətə məxsus 160-dan artıq yanacaqdoldurma məntəqəsini özündə birləşdirən pərakəndə satış şəbəkəsi, şirkətin sənaye və topdan satış müştəriləri üçün yanacaq marketinqi ilə məşğul olan qurumu (bu qurum bütün İsveçrə ərazisində kommunal-məişət təyinatlı yanacaq həcmlərinin və balon qazının müstəqil distribüterlərə satışını həyata keçirir), Vangen-Oltendəki Qazdoldurma zavodu, eyni zamanda İsveçrənin Cenevrə və Sürix hava limanlarındakı aviasiya yanacaqdoldurma məntəqələri və müvafiq müştərək müəssisələrin səhmləri, eləcə də terminallara və boru kəmərlərinə malik müştərək müəssisəyə nəzarət edən İsveçrə təchizat və paylama şirkətinin səhmləri SOCAR-ın sərəncamına keçir.
Bundan başqa, “SOCAR Trading” ticarət şirkətinin mənzil-qərargahı da Sürixdə yerləşir.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət