Suriyada münaqişənin nizamlanması üçün üçüncü qüvvələrin bu ölkənin daxili işlərinə müdaxiləsinin qarşısı alınmalıdır. Livanın eks- prezidenti Amin Jmaeyl belə fikirdədir.
“Mənə belə gəlir ki, üçüncü ölkələrin Suriyanın daxili işlərinə müdaxiləsinin qarşısı alınmalıdır. Çünki bu, münaqişənin gərginləşməsinə gətirib çıxarır. Biz alovun üzərinə yağ tökməməliyik”, - deyə A.Jmaeyl Azərbaycanın paytaxtında “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun “Suriyanaminəqlobalməsuliyyət: fəaliyyət planına doğru” mövzusundapanel müzakirələrdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu münaqişənin nizamlanmasına ilk növbədə məhz regional nöqteyi-nəzərdən baxmaq lazımdır.
“Bura İran və onun müttəfiqi “Hizbullah” təşkilatı daxildir. Digər tərəfdən Səudiyyə Ərəbistanı ətrafında birləşən güclər də mövcuddur. Onun regional yanaşması da böyük məsələdir Vətəndaş müharibəsi beynəlxalq məsələyə çevrilib. Suriyanı dəstəkləyən və Suriyaya qarşı çıxan alyanslar yaradılıb”, - deyə eks-prezident qeyd edib.
O bildirib ki, NATO qüvvələrinin, eləcə də BMT sülhməramlılarının Suriya məsələsində iştirakına dair fikirlər səsləndirilir.
“Suriyada qüvvələr qütbləşə bilər - bir qrup ABŞ-ın, bir qrup isə Rusiyanın tərəfindən çıxış edə bilər. Suriya Moskva və Vaşinqton arasında münasibətlər baxımından vacib element ola bilər. Suriyanın gələcəyi naminə amerikalılar və rusiyalılar bu məsələni müzakirə etməlidirlər. Beynəlxalq qüvvələrin cəlb edilməsinə ehtiyac yoxdur. Sadəcə olaraq Suriyanın daxili işlərinə müdaxilə edilməməlidir. Daha sonra dinamika yaratmaq və mümkün həll kimi “Cenevrə” barədə düşünmək olar. Bu, uzun, lakin mümkün prosesdir”, - deyə Livanın keçmiş prezidenti qeyd edib.
Onun fikirincə, Suriya müharibəsindəki humanitar aspekt bu münaqişənin daha bir vacib məqamıdır.
“İran və “Hizbullah” təşkilatı tərəfindən müdaxilə. Biz bildiririk ki, bu, getdikcə regionda şiəlik hərəkatının vüsət alması demək olacaq. Biz bu problemi İraqda da müşahidə edə biləcəyik. Şiəlik İranın diktə etydiyi məsələdir. İndi bu, sünnilik ekstremizminin yaranmasına gətirib çıxarır. Mən get-gedə bu iki cərəyan arasında fanatik baxışların yaratdığı qığılcımların alovlanmasından və münaqişənin kəskinləşəcəyindən qorxuram”, - deyə eks-prezident qeyd edib.
“Hazırda sünnilər tərəfindən ekstremizmin artmasını müşahidə edirik. Suriyada sünnilər əksəriyyət təşkil edir. Gəlin, nəticələr haqqında düşünək, Yaxın Şərqdə yarada biləcəyimiz əlavə problemlər haqqında düşünək”, - deyə o bildirib.
A.Jmaeyl qeyd edib ki, B.Əsəd rejimi minlərlə ölümə və milyonlarla insanın qaçqına çevrilməsinə gətirib çıxarıb.
“Biz vəziyyətin dramatik nəticələri haqqında danışırıq. Suriyada çoxlu sayda insana təsiri olan İran Əsədi dəstəkləyir. Belə olan halda Suriyada problemin həllini tapmaq daha da çətinləşir”,- deyə A. Jmaeyl qeyd edib.
O, Suriyada davam edən müharibə nəticəsində bu ölkədə böyük dağıntıların baş verdiyini xatırladaraq müharibənin nəticələrini birlikdə aradan qaldırmağı təklif edib.
“Biz bunu öz üzərimizə götürə və Suriyanı yenidən qurub yarada bilərik. Bunu Əsəd qalsın və ya getsin demədən də həll etmək olar. Artıq problemi hansısa yolla həll etmək lazımdır”, - deyə o bildirib.
Eks-prezident Rusiyanın münaqişəyə hərbi müdaxiləsini xatırladaraq Moskvanın iştirakının ABŞ-ın körfəz ölkələri ilə apardığı əməliyyatlara əhəmiyyətli təsir göstərdiyini bildirib.
“Rusiya burada qapı deyil, mən darvaza açıb. Rusiya böyük oyunçudur. Və bu, Moskvaya öz rolunu oynamaq üçün ideal imkan yaradır”, - deyə Livanın sabiq dövlət başçısı qeyd edib.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət