SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Rusiya qazının alınması ilə bağlı təkliflərini “Qazprom” ASC-yə təqdim edib. Bu barədə jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib.
“Biz Rusiya qazını almaqda maraqlıyıq. Təkliflərimizi “Qazprom” ASC-yə təqdim etmişik”, - deyə R.Abdullayev “İnterfaks-Azərbaycan” agentliyinin sualını cavablandırıb.
Onun sözlərinə görə, SOCAR 3 mlrd. kubmetr qaz almağı planlaşdırır. “Həm “Qazprom” şirkəti, həm də İranla danışıqlar aparılır. Bizim qaz anbarlarımızın 5 mlrd. kubmetr tutumu var və biz onların maksimal yüklənmə səviyyəsini yoxlamaq istəyirik”,- deyə R. Abdullayev qeyd edib.
“Bizə neft hasilatının stabilləşməsi və artırılması məqsədilə laylara doldurmaq üçün səmt qazı lazımdır”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, İranla qazın svop mübadiləsi məsələsinə dair danışıqlar aparılıb. “Yay aylarında İran istifadə etmədiyi həcmdə qaza malik olur. İranda qaz istehlakının pik həddi qış fəslinə düşür. Hazırda bizim yeraltı qaz anbarlarına yayda İran qazının doldurulmasına dair danışıqlar aparılır. Məqsəd qış fəslində İranın şimal rayonlarını qazla təmin etməkdir”, - deyə R.Abdullayev bildirib.
O əlavə edib ki, indi SOCAR və İran ekspertləri bu məsələni müzakirə edirlər.
Şirkətin prezidenti əlavə edib ki, Azərbaycanın öz qaz ehtiyatı və digər imkanları var, məsələn, mazut yandırmaq. “Hazırda dünyada mazutun qiyməti o qədər ucuzlaşıb ki, mazut yandırmaq qazdan ucuz başa gəlir. İndi iqtisadi əməliyyatları elə həyata keçiririk ki, neftin qiyməti ucuzlaşdıqda gəlirliliyimizi maksimum dərəcədə qoruyaq”, - deyə o vurğulayıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət